Binaların yeni üzlükləri belə olacaq (VİDEO)

Təmir-bərpa işlərinin yekunlaşması gələn ayın 5-nə nəzərdə tutulub

Üzlükləri sökülən binalar yeni görkəm alır. Bəzilərinin fasadı boyanır, bəziləri isə yeni odadavamlı materialla üzlənir.

ANS TV-nin məlumatına görə, paytaxt ərazisindəki binaların fasadları betopan, xüsusi üzlüklərlə üzləniləcək. Betopanın tərkibi gips və mərmər tozundan ibarətdir. Məhz binanın fasadına çəkilən bu örtüklər həm oda, həm də suya davamlıdır.

Artıq bir müddətdir ki, binaların penoplast və poliuretan üzlükləri sökülür. Elə paytaxtdakı binalara nəzər salmaq yetər ki, bəzilərinin sökülən üzlüklərini görmək mümkün olsun. Söküntüyə məruz qalmış tikililərin isə bəziləri boyanır, bəzilərinə də yeni üzlüklər vurulur. Həmin üzlüklər isə betopan adlanır.

Onlar bir sıra xarici ölkələrədə istifadə olunmaqdadır. Məhz bu işə ilk olaraq Nərimanov rayonunda start verilib. İşlər isə artıq bir həftədir ki, davam edir. Təmir-bərpa işlərinin yekunlaşması gələn ayın 5-nə nəzərdə tutulub.

Betopan örtüklər qaynaqla fasadlara bərkidilir. Di gəl binanın yan hissələrini bu oda və suya davamlı örtüklər bəzəməyəcək.

“Burada görülən işlər gələn ayın 5-dək yekunlaşacaq. Binanın fasadının ön hissələri betopanla üzlənir. Betopan yanmaya, suya və günəşə qarşı davamlıdır. Eyni zamanda betopan ekspertizadan da keçib. Buna görə də məhz binalar bu üzlüklə üzləməyə start vermişik”, – deyə iş icracısı İlqar Əliyev bildirib.

Nərimanov rayon icra hakimiyyətinin nümayəndəsi Anar Sadıqzadə bildirdi ki, artıq rayon ərazisində 20-yə yaxın binanın fasadı bu cür üzlüklərlə örtülməkdədir:

“Ayın 22-dən etibarən işlərə başlanılıb. Qısa müddət ərzində binalar üzlənərək sakinlərin istifadəsinə təhvil veriləcək. FHN-in qərarına əsasən binalar betopan, xüsusi üzlüklə üzlənir”.

Rayon ərazisində elə binalar da var ki, həmin yaşayış evlərinin fasadı boya ilə rənglənəcək. Demək olar ki, həmin binalarda da işlərə başlanılıb. Heydər Əliyev prospektinin kənarlarına göz gəzdirmək yetər ki, aparılan işləri görmək mümkün olsun.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar