Kəlbəcərli girovların daha bir “məhkəməsi” keçirildi - VİDEO

dilqem sahbaz kelbecer girov2014-cü ilin yayında Dağlıq Qarabağda girov götürülmüş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin apelasiya şikayətinə baxılıb. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, ömürlük həbs cəzası alan Dilqəm Əsgərov və 22 il müddətinə azadlıqdan məhrum edilən Şahbaz Quliyev hökmlərindən şikayət versə də, qondarma “Dağlıq Qarabağ Ali Məhkəməsi” Azərbaycan vətəndaşlarının şikayətini təmin etməyib və onlara çıxarılan hökmü qüvvədə saxlayıb.

Dilqəm Əsəgrovun “vəkili” Erik Beqlaryan isə müdafiə etdiyi şəxsin əfv olunması üçün “Dağlıq Qarabağın prezidenti” Bako Saakyana müraciət edə biləcəyini deyib.

“Ola bilsin ki, hüquqlarını qoruduğum şəxs “Dağlıq Qarabağ prezidentinə” əfv üçün müraciət edəcək. O, (Dilqəm Əsgərov) mənə dedi ki, qərarını bir müddət sonra açıqlayacaq”. Azərbaycan vətəndaşları üzərində qondarma “Dağlıq Qarabağ Ali məhkəməsi”nin keçirdiyi “məhkəmə prosesində” çəkilən kadrları təqdim edirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar