İTV-nin Yayım Şurasının yeni üzvlərinin adları məlum oldu

itvİctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə edilən dəyişiklik müzakirə olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə edilən dəyişiklik müzakirə olunub.Dəyişiklik barədə məlumat verən Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov danışıb.

O bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə Sahibkarlar şurası tərəfindən Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, NEURON TECNOLOGİES MMC-nin baş direktoru İsmayıl Ələkbərov, gənclər təşkilatları tərəfindən “İrəli” ictimai birliyinin sədri Mirhəsən Seyidov, “Sağlam gəncliyə doğru” ictimai birliyinin sədri Turqay Həsənquliyev, qadınlar cəmiyyətləri tərəfindən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, “Qadın Liderliyi Uğrunda” ictimai birliyinin sədri Ülkər Abdullayeva irəli sürülüb.

Dəyişikliklərin müzakirəsi zaman deputat Fuad Muradov çıxış edib. O qeyd edib ki, Azərbaycanda İctimai Televiziya yarandığı gündən cəmiyyətin buna çox böyük dəstəyi olub: “Amma təbii ki, çatışmazlıqlar, nöqsanlar mövcuddur. İTV-nin Yayım Şurası hər il hesabat dərc edir. Bu hesabatda televiziyada gedən proseslər öz əksini tapır. Neqativ proseslər narahtlıq yaradan amillərdəndir. Onun sözlərinə görə problemləri həll etmək üçün nəzarət mexanizmi gücləndirilməlidir. İctimai Televiziya yeganə qurumdur ki, orada ictimaiyyət nümayəndələri var. İctimai Televiziya modeli digər televiziyalar üçün istifadə oluna bilər”.

Müzakirələrdən sonradəyişikliklər səsə qoyularaq İTV-nin Yayım Şurasının yeni üzvlərininin namizədlikləri irəli sürülən şəxslərdən - Sahibkarlar Şurasından Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Gənclər təşkilatlarından “İRƏLİ” İctimai Birliyindən Mirhəsən Seyidov, Qadın cəmiyyətlərindən Azərbaycan Jurnalistlər Qadınlar Assosiasiyasından Sevil Yusifova şuranın yeni üzvləri kimi təsdiq olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar