Rusiyada “erməni soyqırımı” iddiaları ifşa edilib – Məqalə - FOTOLAR

Ermənistanın və erməni diasporunun neçə 10 illiklərdir ki, uydurma, heç bir tarixi əsası olmayan “erməni soyqırımı” iddiaları ilə dünyada anti-Türkiyə, anti-Azərbaycan təbliğatı apardıqları məlumdur. Hər il aprelin 15-i ərəfəsində bu təbliğat daha da genişləndirilir, siyasi çalarlar əlavə olunur. Qərbin bəzi dairələri, xristian dünyası hətta bunu Türkiyə və Azərbaycan əleyhinə bir siyasi təzyiq vasitəsinə çevrirmək istəyir. Xüsusən Ankaranı “erməni soyqrımı” iddialarını tanımaqla şantaj etməyə çalışırlar. Düzdür, artıq Türkiyə hökuməti bu cür şantajları, təzyiqləri yaxına buraxmır. Ancaq yenə də bu cəhdlər davam etdirilir.

Bu il də “erməni soyqırımı”nın 100 ilinin tamam olması əsas götürülərək Ermənistan və erməni diasporu tərəfindən aparılan təbliğatın miqyası genişləndirilmişdi. Bu dəfə arxalarına Vatikanı, Fransa və Rusiyanı da almaqla daha böyük haray-həşir salmağa, çığırtı qoparmağa çalışırdılar.

Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çox böyük siyasi gediş edərək Çanaqqala zəfərinin 100 illiyini aprelin 15-nə təyin etməsi və möhtəşəm bir beynəlxalq tədbir düzənləməsi ermənilərin səsini eşitməz etdi, arzularını gözündə qoydu.

“Erməni soyqırımı” iddialarının həqiqəti əks etdirmədiyini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından Azərbaycandan olan ictimai-siyasi xadimlərin, alimlərin və xüsusən də diaspora nümayəndələrinin üzərinə böyük yük düşür. Təəssüf ki, bəzi diaspora təmsilçilərimiz buna laqeyd yanaşır, lazımı iş aparmırlar. Ancaq bu istiqamətdə ciddi işlər görənlər də az deyil. Rusiyanın Novosibirsk vilayətində Azərbaycan diasporasının rəhbələrindən biri kimi tanınan Mirkazım Seyidovu da belələrindən hesab etmək olar. Hər halda onun “erməni soyqırımı” iddialarının saxta olduğunu, Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü ifşa etməyə yönəlmiş fəaliyyəti belə söyləməyə əsas verir.

Qeyd edək ki, Azərbaycanda ictimai-siyasi xadim, şair-publisist kimi tanınan Mirkazım Seyidov həm də Novosibirsk şəhərində fəaliyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun prezidentidir.

Bu yaxınlarda Novosibirsk şəhərindən qayıdan həmvətənlərimizdən biri onun bu ilin aprelin 15-də - ermənilərin saxta göz yaşları tökdükləri gün - Sibirin ən böyük ictimai-siyasi qəzetində “erməni soyqırımı” iddialarını işfa edən geniş məqalə ilə çıxış etdiyini bildirdi. 30 min tirajla yayımlanan “Moment istinı” qəzetində çıxan 3 səhifə həcmində həmin məqaləni redaksiyamıza da təqdim etdi.

“Erməni soyqırımı”- dünyanın ən böyük saxtakarlığı” adlanan məqalədə M. Seyidov tarixi faktlarla sübut edir ki, 1915-ci il hadisələri soyqırım terminindən çox uzaqdır. Ermənilərin Osmanlı dövlətinə arxadan zərbə vurmağa çalışdığı, bu zaman meydana çıxan qarşıdurmada hər iki tərəfdən insanların öldüyünü qeyd edən M. Seyidov 1915-ci il hadisələrinə ermənilərin xəyanətkar mahiyyətinin səbəb olduğunu bildirir. Eyni zamanda bu qarşıdurmada daha çox türklərin öldürüldüyünü, kişiləri müharibədə olduğundan ermənilərin türk qadınları, qocaları və uşqaları qətlə yetirdiklərini, bunun isə onların faşist xarakterindən irəli gəldiyini vurğulayır.

Qeyd edir ki, Azərbaycan və Türkiyə torpaqlarına göz dikən erməni daşnakları və millətçiləri hiyləgər siyasət yeridərək monoetnik və “türksüz Ermənistan” uğrunda qərinələr boyu gizli və bəzən leqal müharibələr aparmış, “dənizdən–dənizə” böyük imperiya yaratmaq üçün türk xalqlarına qarşı soyqırım siyasəti yeritmişdir.

Onlar özlərinin məkrli və avantürist niyyətlərini həyata keçirmək məqsədilə tarixdə görünməmiş cinayət və vəhşiliklərdən, kütləvi qırğınlar və vandalizmdən istifadə etmişlər. Şovinist ruhlu erməni millətçiləri tərəfindən yeridilən bu mənfur siyasət tarixin bütün zamanlarında türk xalqlarına qarşı ölüm, işgəncə, məşəqqət və məhrumiyyətlərlə müşayiət olunan faciə dolu qaçqınlıq, didərgin həyatı, torpaq və yurd həsrəti gətirmişdir.

M. Seyidov bildirir ki, erməni millətçiləri özlərinin sərsəm və xəyali planı olan “böyük Ermənistan” imperiyasını yaratmaq üçün ən çirkin üsullara belə əl atmaqdan çəkinməmişlər. Belə ki, ermənilər ayrı–ayrı zamanlarda tarixi faktları saxtalaşdıraraq, özlərini guya soyqırıma məruz qalan tərəf kimi göstərmişlər. Lakin faktlar göstərir ki, ermənilər bütün zamanlarda azərbaycanlılara və türklərə qarşı kütləvi qırğınlar, sui–qəsdlər və terrorlar törətmiş, dinc əhalini ucdantutma məhv etmişlər.

M. Seyidov qeyd edir ki , erməni millətçilərin həyasızlığı, terror və təxribatçı fəaliyyətləri iyirminci yüzilliyin 80–ci illərin sonlarında daha təhlükəli şəkildə tüğyan etməyə başlayır. Ermənilər açıq şəkildə Qarabağı və Naxçıvanı işğal etmək siyasətinə başlayırlar. Etnik təmizləmə siyasəti aparan erməni ekstremistləri silahlı yolla Azərbaycan torpaqlarını işğal edir, müharibə şiddətlənir, ermənilər monoetnik dövlət yaradırlar, Ermənistan ərazisində yaşayan yerli əhali olan azərbaycanlılar doğma yurdlarından tamamilə qovulurlar.

Erməni faşizminin Azərbaycan xalqına və dövlətinə də böyük ziyanlar vurduğunu qeyd edən, M. Seyidov 100 ildən artıqdır ki, ermənilər sözün həqiqi mənasında azərbaycanlılar bir millət olaraq kökünü kəsmə çalışdığın tarixi faktlarla açıqlayır. Həm əsrin əvvəllərində, həm də sonlarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar, Qarabağın işğal olunması, Xocalı soyqırımı və sair bu kimi faktların əslində soyqırımları kimin törətdiyini açıq ortaya qoyduğunu vurğulayır.

Bu gün Azərbaycan torpaqlarının 20 faizininin erməni işğalı altında olduğunu, 1 milyondan çox azərbaycanlının qaçqına, didərginə və məcburi köçkünə çevirildiyini xatırladan M. Kazımov, beynəlxalq ictimaiyyəti, o cümlədən Rusiyanı saxta iddialara deyil, gözün qarşısında baş verən gerçək soyqırıma münasibət bildirməyə çağırır.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar