MDB ölkələrinin hökumət başçıları müştərək plan imzaladılar

Növbəti iclas oktyabrın 30-da Düşənbədə keçiriləcək

Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının bu gün keçirilən iclasında aktual olan maliyyə və iqtisadi məsələlərin birgə həlli üzrə fəaliyyət planı, eləcə də, beynəlxalq daşımalarda nəqliyyat təhlükəsizliyini təmin etmək üçün Strategiya imzalanıb. Oxu.az RİA Novosti-yə istinadən xəbər verir ki, sənədlərə 2020-ci ilədək MDB ölkələrinin Dövlətlərarası proqramına daxil olan və 2014-cü ildə bu ölkələr üçün aktual olan maliyyə və iqtisadi məsələlərin birgə həlli yolları, həmçinin innovativ əməkdaşlığı tənzimləmək məqsədilə qəbul olunan sənədlərin həyata keçirilməsi daxildir.

Bundan başqa, iclasda sərhədyanı əməkdaşlıq məsələlərinə dair Konsepsiya, həmçinin MDB dövlətlərinin 2020-ci ilə qədər həyata keçiriləcək tədbirlər Planı da müzakirə olunur.

Müddəalar meşə təsərrüfatı və meşə sənayesi sahəsində 2025-ci ilə qədər əməkdaşlığın əsas istiqamətinə, mədəniyyət sahəsində 2016-2020-ci illər üçün əsas tədbirlərə aiddir.

Sənəd, həmçinin MDB ölkələrinin müdafiə nazirliklərinin 2020-ci ilə qədər olan radiasiya, kimya və bioloji vəziyyətinə də toxunur. Müddəalardan birinə, iştirakçı ölkələrin qarşılıqlı informasiya fəaliyyəti reqlamenti, üçüncü ölkələrin və vətəndaşlığı olmadan MDB ölkələrinin ərazisinə daxil olan vətəndaşların siyahıya alınması üzrə vahid uçot sisteminə dair razılaşma daxildir.

MDB ölkələrinin hökumət başçılarının iclasında ümumilikdə 20 sənədin nəzərdən keçirilməsi gözlənilir.

Qurumun növbəti iclası oktyabrın 30-da Düşənbədə keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar