Nazarbayevdən gözlənilməz addım: prezident öz səlahiyyətlərini azaldır

"Yəqin ki, parlamentin və hökumətin səlahiyyətlərinin artırılması vaxtı çatıb". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın prezidenti Nursultan Nazrbayev MDB hökumət başçılarının ölkəsində keçirilən toplantısında bildirib: "Bizdə (MDB-ni nəzərdə tutur- red.) hələ də prezident hakimiyyətidir. Orta təbəqənin iqtisadi inkişafını təmin etmək üçün prezident hakimiyyətini azaldıb, hökumət və parlamentin səlahiyyətlərini artırmaq lazımdır. Biz bu istiqamətdə fəaliyyət göstəririk".

N.Nazarbayev qeyd edib ki, hakimiyyət vətəndaşlarla daha sıx işləməlidir. Onun fikrincə, hakimiyyətin bütün qurumları ildə iki dəfə əhali qarşısında hesabat verməlidir

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar