"ERMƏNİ DEYİLƏM..." - Bayraq Meydanının sabiq rəisi danışdı

Rəşad Məmmədov ermənilərlə qohumluğu barədə mətbuatda yayılan fikirlərə aydınlıq gətirdi

İgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Bayraq Meydanının sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovla görüşüb.

Bu barədə AzNews.az-a E.Behbudov özü məlumat verib. Bildirib ki, görüş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq təcridxanasında baş tutub. “Biz təcridxanada monitorinq keçirtdik. Monitorinq çərçivəsində Rəşad Məmmədovla yanaşı İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovla da görüşdük. Hər üç şəxs dələduzluqda təqsirləndirilir. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. İstintaqın gedişindən narazı deyillər. Rəşad Məmmədov ermənilərlə qohumluğu barədə mətbuatda yayılan fikirlərə aydınlıq gətirdi. O, bizimlə söhbəti zamanl ermənilərlə qohumluğu olmadığını və erməni olmadığını bildirdi”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar