«Bu, Amerikaya doğru dönüş deyil» - Baş nazir

Rusiya KİV-nin yaydığı məlumata görə, Serbiyanın Baş naziri Adeksandr Vuçiç dünən, özünün qaz təchizatı üzrə diversifikasiya barədə dediklərinin ABŞ-a doğru dönüş kimi şərh edilməsinin yanlış olduğunu bildirib: «Bu, Amerikaya doru dönüş yox, Serbiyanın enegetik təhlükəsizliyinin və qaz təchizatı effektliliyinin təmin olunması yolunda bir istəkdir...» (TASS).

Vuçiç xatırladıb ki, 2019-cu ildə Rusiya Ukraynadan keçməklə Avropaya qaz nəqlini dayandırmağa hazırlaşır. Nəticədə, həmin ildən Serbiyaya Macarıstandan qaz nəqli də dayanacaq: «2019-cu ildə ruslar Ukraynadan keçməklə qaz nəqlini dayandıranda, mən sizdən soruşuram, biz qazı haradan alacağıq? Mənim işim Serbiyanın qayğısına qalmaqdan ibarətdir...».

Onun sözlərinə görə, Serbiya qaz mövzusunda müxtəlif ölkələrlə danışıqlar aparmağa hazırdır.

Belqradda keçirdiyi mətbuat konfransında Baş nazir daha sonra deyib: «Əlbəttə, biz, diversifikasiya tərəfdarıyıq və bütün istiqamətlərdən qaz almağı sınaqdan keçirəcəyik. Əgər Rusiya bizə kömək edə biləcəksə - sağ olsun, əgər bizə amerikalılar kömək edə biləcəklərsə - sağ olsunlar, kim olursa-olsun - sağ olsun!».

O, qeyd edib ki, ixtiyari baş nazirin işi öz ölkəsinin energetik effektliliyini təmin erməkdən ibarətdir.

Bundan əvvəl, Albaniyaya səfəri zamanı Vuçiç Associated Press agentliyinə verdiyi müsahibədə demişdi ki, Serbiya özünün qaz təminatı təsərrüfatının diversifikasiya olunmasına can atır: «Enerji təhlükəsizliyi planında biz Serbiyanın qaz təchizatı mənbələrinin diversifskasiyasına hazırıq. Bu, bizim amerikalı dostlarımız üçün də əhəmiyyətlidir...».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar