Milli Məclisin yaz sessiyası başa çatıb

Milli-meclis-1Azərbaycan Milli Məclisinin yaz sessiyası yekunlaşıb. APA-nın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov yaz sessiyasında 10 iclas keçirildiyini, 134 qanun və qərar qəbul edildiyini bildirib.

Yaz sessiyası dövründə 165 millət vəkilindən ibarət 70-ə qədər nümayəndə heyəti müxtəlif ölkələrdə səfərdə olub. Parlamentdə müxtəlif ölkə və beynəlxalq təşkilatlardan 350 nəfərdən ibarət 50-dən çox nümayəndə heyəti qəbul edilib.

O. Əsədov yaz sessiyasının uğurla başa çatdığını söyləyib. Dövlət Himninin oxunması ilə yaz sessiyası bağlı elan edilib.

O. Əsədov sonda qarşıdan gələn Avropa Oyunlarında Azərbaycan idmançılarına uğurlar arzulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar