Blatter rüşvət qalmaqalının Rusiya və Qətərə görə olduğunu açıqladı

“Hazırda çətin dövrdən keçirik. Son hadisələr FİFA-ya və Konqresə kölgə salmaq xarakteri daşıyır”. Apasport.az saytının məlumatına görə, bunu FİFA prezidenti Yozef Blatter deyib.

Hazırda İsveçrənin Sürix şəhərində FİFA-nın Konqresində yeni prezident seçkiləri gedir. Bu posta namizədlərdən olan hazırkı prezident Y. Blatter son günlər ali futbol qurumunun bir neçə rəsmisinin rüşvətxorluğa görə həbs olunmasını planlaşdırılmış iş olduğunu düşünür: “Həbs olunanların əməllərini təşkilatın ümumi işi ilə əlaqələndirmək doğru deyil. Mən bu hadisələrin indi baş verməsini təsadüf saymıram. Hesab edirəm ki, əgər FİFA dünya çempionatının ev sahibliyini Rusiya və Qətərə verməsəydi, indi bu hadisələr baş verməzdi. Bu vəziyyətdən çıxmağa çalışmalıyıq. İmkan verməməliyik ki, FİFA-nın nüfuzu ayaqlar altında tapdalansın. İndi irəli addımlamaq lazımdı. Biz futbolda hər şeyə nəzarət edə bilmərik. Bu sahədə 300 milyondan çox insan çalışır”.

Qeyd edək ki, Blatterlə yanaşı, İordaniya şahzadəsi Əli İbn Əl-Hüseyn də FİFA prezidentliyinə namizəddir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar