ABŞ dünyanın hər yerində korrupsionerləri necə həbs edir? - FOTOLAR

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) İsveçrə polisi ilə birlikdə Sürixdə otelə basqın edərək FİFA-nın yüksək vəzifəli şəxslərini korrupsiya, rüşvət və reket ittihamları ilə həbs edəndə Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla çoxları bu sualı verdi: FİFA beynəlxalq təşkilatdır, ABŞ şirkəti deyil və bu təşkilatda korrupsiya əməllərinə yol verilibsə belə onun Birləşmiş Ştatlar ədliyyəsinə nə dəxli vardı?

Axı bu korrupsiya cinayəti ABŞ-da baş verməmişdi və birbaşa Birləşmiş Ştatların yurisdikasiyasına daxil deyildi. Üstəlik FTB hansı əsasla ABŞ baş prokurorunun çıxardığı sanksiya əsasında başqa ölkənin ərazisində həbslər keçirə bilir?

Virtualaz.org saytı xəbər verir ki, ABŞ-ın dünya polisi statusunu sözün hərfi mənasında təsdiqləyən bu hadisədən sonra “The Washington Post” qəzeti məsələni hüquqşünasla aydınlaşdırmağa çalışıb.

Qəzet Corc Vaşinqton Universitetinin hüquq fakültəsinin müəllimi və dekan müavini, professor Cessika Tillipmana müraciət edib.

“Bəzi Amerika qanunları ölkə ərazilərindən kənarda tətbiq oluna və xarici vətəndaşlara aid edilə bilir”- deyə hüquqşünas izah edib.

Cessika Tillipman deyib ki, əksər hallarda bunun üçün “hüquqi bəhanə”, yəni cinayətin Amerika yurisdikasiyası altına düşməsi üçün istifadə oluna bilən aspekt lazım gəlir. Bu, cinayətdə iştirak edənlərdən birinin ABŞ-a səfəri və ya telefon zəngi, hətta Amerika serverləri üzərindən elektron poçt göndərməsi ola bilər.

“ABŞ üçün bu cür dayaq nöqtələri kifayət edir”- deyə professor bildirib.

FİFA vəzifəlilərinin işində göstərilir ki, beynəlxalq futbol rəsmiləri elektron rabitə vasitələrindən istifadə etməklə dələduzluğa yol veriblər.

Nyu-York Universitetinin hüquq fakültəsinin professoru Cennifer Arlen deyir ki, bu, özlüyündə sərt yuridik tələbi nəzərdə tutur: “İndiki halda biri ABŞ-da olmaqla iki tərəf arasında elektron rabitə vasitələrinin köməyi ilə təmas lazımdır. Bu isə o deməkdir ki, illər boyu FİFA-dan keçən rüşvət dırnaq işarəsi kənarında qalır”.

FTB-nin həbs etdiyi FİFA korrupsionerlərindən bir də Amerika Futbol Konfederasiyasının (KONKAKAF) rəhbəridir. FTB bu təşkilatın Mayamidə yerləşən ofisində axtarış aparıb. Həmçinin cinayatədə Floridada mənzillənən “Traffic Sports USA İnc.” şirkətinin adı keçir.

Professor C.Tillipman deyir ki, əgər ABŞ ədliyyəsi ittiham aktı irəli sürürsə, xarici hökumət onun əsasında tədbir görməyə məcbur deyil. İndiki halda ittiham aktının üzərində ABŞ və İsveçrə birlikdə işləyiblər. Yəni ABŞ ədliyyəsinin hazırladığı ittiham aktı əsasında xarici ölkənin ərazisində xarici vətəndaşı həbs etmək üçün bu ölkənin hökuməti ilə əməkdaşlıq lazımdır.

Ola bilsin, ABŞ dünyada futbola marağı ilə məşhur deyil. Əvəzində isə biz beynəlxalq arenada əzələ oynatmaq çempionuyuq. Ona görə də FİFA məmurlarının həbsində təəccüblü heç nə yoxdur”- deyə qəzet yazır.

İsveçrədə FİFA vəzifəlilərinin həbsindən dərhal sonra çıxış edən Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Comey bəyanat verib: “Əgər siz istər görüşlər, istərsə də bizim dünya səviyyəli maliyyə sistemimiz vasitəsilə öz korrupsiyalı biznesinizi bizim sahillərə toxundurursunuzsa, onda siz bu korrupsiyaya görə məsul ediləcəksiniz”.

Amerikalı hüquqşünaslarında şərh etdiyi kimi, xarici vətəndaşları mühakimə etmək üçün ABŞ hakimiyyət orqanlarına həmin şəxslərin Birləşmiş Ştatlarla hər hansı kiçik əlaqəsini isbat etmək kifayətdir. Çərşənbə günü elan edilmiş ittihamlardan isə görünür ki, burada söhbət kiçicik əlaqələrdən yox, oyunun ürəyinə ABŞ-da endirilən zərbədən gedir.

İttihamlar əsasən yarışlara bazar və media girişinə dair kontraktları satın almaq istəyən marketinq vəzifəlilərinin “sistematik qaydada verdikləri rüşvət və şapkalara” aiddir. Bu rüşvətlər isə bəzən ABŞ-da keçirilən görüşlər zamanı və ya ABŞ banklarına köçürmələr vasitəsilə verilib.

Təsadüfi deyil ki, həbslərə ən sərt reaksiyanı Rusiya və onun prezidenti verib. Virtualaz.org saytı bu həbslərin Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatını təhlükədə qoyduğunu yazmışdı. Çünki korrupsiyada ittiham olunan FİFA məmurlarının həbsi ilə eyni vaxtda İsveçrə prokurorluğu da futbol üzrə dünya çempionatlarının Rusiya və Qətərdə keçiriməsinə dair qərarların qəbulu zamanı rüşvət və korrupsiyaya yol verildiyinə dair ayrıca cinayət işi qaldırıb.

Rusiya çempionata hazırlıq üçün milyardlarla dollar xərcləyir və bu səbəbdən FİFA-da həbslərdən ən çox bu ölkə ziyan çəkə bilər.

Prezident Vladimir Putin bir gün əvvəl bəyanatla çıxış edərək bildirib ki, həbslərin məqsədi Zepp Blatterin

yenidən FİFA prezidenti seçilməsinə və dünya çempionatının Rusiyada keçirilməsinə mane olmaqdır.

“Rusiya-2018” Təşkilat Komitəsinin rəhbəri Aleksey Sorokin isə “Sky Sports News”a açıqlamasında deyib ki, bu həbslərin çempionatın Rusiyada keçirilməsini təhlükədə qoya biləcəyindən narahat deyil. O, əlavə edib ki, Rusiya FİFA-dakı korrupsiya faktlarının araşdırılmasında müstəntiqlərə kömək edib.

“Biz təkrar etməkdən yorulmuruq ki, çempionatın Rusiyada keçirilməsinə dair qərar şəffaf qəbul edilib və bu səbəbdən heç bir təhqiqatdan narahat deyilik. Qəribədir ki, biz bu məsələnin artıq bağlandığını düşünəndə yenidən hər şeyin şəffaf olduğunu sübut etmək məcburiyyətində qalmışıq”- deyə Sorokin bildirib.

Dünya çempionatının Rusiyada keçirilməsinə dair 2010-cu ildə qərar veriləndə o vaxtkı baş nazir Vladimir Putin təxmin etmişdi ki, bu, ölkəyə 10 milyard dollara başa gələ bilər.

Lakin bəzi analitiklər hesab edir ki, Rusiyanın xərcləri 50 milyard dollara çatacaq. Ona görə də əgər çempionatın Rusiyada keçirilməsinə dair qərar ləğv edilsə, bunun ciddi maliyyə itkilərinə səbəb olacağı şübhəsizdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar