“Musa Quliyev ağzına gələni danışmasın” – Nazirin qardaşından sərt reaksiya

Xəbər verildiyi kimi bu gün Milli Məclisin iclasında millət vəkili Musa Quliyev həmkarı, xalq şairi Sabir Rüstəmxanlının Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi və onun təhqir edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib.

O bildirib ki, Rəsulzadənin başına çuval keçirildiyi və baxımsız vəziyyətdə olduğu bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur: “O bağ Nəqliyyat Nazirliyinin balansındadır. Əgər S. Rüstəmxanlının ürəyi yanırsa, Nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin”.

Məsələ ilə bağlı Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədov həmkarının bu dediklərinə reaksiyası özünü çox gözlətməyib.

O, AzNews.az-a deyib ki, Musa Quliyev belə fikirlər səsləndirməklə əslində, öz işi ilə məşğul olmadığını göstərir və çox böyük yanlışlıqlara yol verir:

“O getsin, dövlətin siyasətinə qulluq etsin, kiminsə arasına girib belə əsassız söhbətləri danışmasın. Musa Quliyevin o sözlərində heç bir əsas yoxdur. Hüquqi nöqteyi-nəzərdən araşdırsın və görsün ki, həmkarının dediyi bir məsələnin nəqliyyat nazirinə aidiyyəti var, yoxsa yox. Yoxdursa, ağzına gələni danışmasın. O dövlət adamıdır, Milli Məclisin üzvüdür, belə söz ona yaraşmaz”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar