"AMİP SƏDRİNİN AÇIQLAMASI TƏHRİF EDİLİB" - Açıqlama

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin Milli Şuranın keçirəcəyi mitinqlə bağlı dediyi fikirlər təhrif olunub. Modern.az saytına açıqlama verən AMİP-in baş katibi Arzuxan Əlizadə bildirib ki,

AMİP Milli Şuranın 30 may mitinqi ilə bağlı bəyanat yayıb. Azadliq.info-nun məlumatına görə, bəyanatda partiya öz sədri Yusif Bağırzadənin bu mitinqə dair fikirlərini təkzib edib. Bəyanatda deyilir:

“Bir sıra İnformasiya Agentliklərində Milli Şuranın 30 may tarixli mitinqi ilə əlaqədar AMİP sədri Yusif Bağırzadənin adından yayılan açıqlamaya münasibət bildirərək bəyan edirik ki, bu fikirlər AMİP-in mövqeyini əks etdirmir.

AMİP sərbəst toplaşmaq azadlığını fundamental insan hüquqlarının tərkib hissəsi kimi görür, hər bir fərdin və təşkilatın sərbəst toplaşmaq hüququnun Konstitusiya ilə təsbit olunmuş müddəa olduğunu bəyan edir. Bu konteksdə Milli Şuranın 30 may tarixli mitinqinə yer ayrılması barədə qərar BŞİH-nin müstəsna hüququdur və müzakirə mövzusu hesab olunmur”.

Y.Bağırzadə APA-ya açıqlamasında deyib ki, AMİP bu mitinqdə iştirak etməyəcək. O, Milli Şuranın mitinqlərinə Bakı Şəhər İcra Hakimiyyətinin yer ayırmamalı olduğunu da deyib.

“Milli Şura yaranan gündən xarici qüvvələrin təsiri altındadır və onlar tərəfindən idarə olunur”, deyə Yusif Bağırzadə əlavə edib.

Y. Bağırzadə Milli Şuranın rəsmi qeydiyyatdan keçmədiyini xatırladıb: “Mən bir məsələni anlaya bilmirəm, Bakı Şəhər İcra Hakimiyyəti rəsmi qeydiyyatda keçməyən bir təşkilatın mitinqlə bağlı müraciətinə niyə cavab verir? Mən hesab edirəm ki, qeydiyyatdan keçməyən təşkilata Bakı Şəhər İcra Hakimiyyəti mitinq üçün yer ayırmamalıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar