Ermənistan ordusu itki verdi

Saroyan orduya çağırıldıqdan sonra vəziyyəti ağırlaşıb

Ermənistan ordusunun əsgəri xəstəlikdən ölüb. Anspress-in məlumatına görə, 19 yaşlı əsgər xərçəng xəstəliyindən dünyasını dəyişib. Xdr Saroyan adlı əsgər milliyətcə yezit olub.

Məlum olub ki, Saroyan İrəvan Dövlət Universitetinin birinci kurs tələbəsi olub. Ölən əsgərin yaxınları bildirib ki, Xdr 12 yanvarda orduya çağırıldıqdan sonra vəziyyəti ağırlaşıb.

Andiçmədən sonra əsgərin halı pisləşib və temperaturu yüksəlib. Ancaq buna baxmayaraq onu təxris etməyiblər. Uzun müddət hospitallarda müalicə olunan Xdr əziyyət çəkdiyi xərçəng xəstəliyindən ölüb.

Qeyd edək ki, ölkədə ağır iqtisadi vəziyyətdən yaxa qurtarmaq istəyən erməni gənclər xarici ölkələrə üz tutduğu üçün Ermənistan ordu sıralarına əsgər cəlb etməkdə çətinlik çəkir. Məhz buna görə erməni tərəfi müalicəsi mümkün olmayan xəstə insanları, həmçinin ömürlük həbs olunmuş cinayətkarları ön cəbhəyə göndərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar