"Adil Hüseynovun səhhətində problemlər var" - Vəkil

Vəkil Kamandar Nəsibov Azərbaycan Beynəlxalq Bankın Dubay filialının həbsdə olan müdiri Adil Hüseynovla görüşüb. Bu barədə APA-ya məlumat verən K. Nəsibov bildirib ki, A. Hüseynovun səhhətində bəzi problemlər var: “Hazırda cinayət işi üzrə istintaq gedir, hər hansı yenilik yoxdur. Səhhətində problemlər var” .

Qeyd edək ki, A. Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi ittiham elan olunub. Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

A. Hüseynov mərhum polis polkovniki Fətulla Hüseynovun oğludur. F. Hüseynov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar