Səudiyyədə daha bir məscid partladıldı: ölənlər var

Yaxınlıqdakı bir neçə avtomobil də alışaraq yanıb

Bu gün Səudiyyə Ərəbistanıda daha bir məscidin yaxınlığında partlayış törədilib. Anspress-in məlumatına görə, terror aktı günün birinci yarısında baş verib.

Səudiyyə Ərəbistanıda Dammam şəhərindəki Əl-Ənud şiə məscidinin yaxınlığında bir terrorçu-kamikadze özünü partladıb. Nəticədə dörd nəfərin öldüyü bildirilir. Bundan başqa yaxınlıqdakı bir neçə avtomobil də alışaraq yanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl də Səudiyyə Ərəbistanının şərqindəki Əl-Kadih qəsəbəsindəki məsciddə partlayış törədilmişdi. Hadisə nəticəsində 30 nəfərin öldüyü, çoxlu sayda yaralıların olduğu bildirilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar