Nikaha girən 170-180 min şəxs müayinədən keçəcək - Nazirlik

2013-2014-cü illərin statistikası göstərir ki, bir ilə orta hesabla ölkədə 85-90 min nikah qeydə alınır. Bu isə 170 -180 min şəxsin müayinə olunması deməkdir. Bunu Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirib. Onun sözlərinə görə, bunlardan 24 faizi Bakının, 76 faizi regionların payına düşür.

Orta hesabla Bakı şəhərində bir gündə 50-60, regionlarda isə 180 yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir.

Səhiyyə naziri Oqtay Şirəliyev isə nikahdan əvvəl icbari tibbi müayinənin əhali üçün, gələcək nəsil üçün, bir çox xəstəliklərin vaxtından əvvəl aşkarlanması baxımından böyük əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən layihənin işlənib hazırlanması baxımından bütün lazımı tədbirlər yüksək səviyyədə hazırlanıb. Yerlərdə bu işin səmərəliliyin artırılması, yeni ailə qurmaq arzusunda olan, xoş əhval-ruhiyyədə müraciət etmiş gənclər elə xoş əhval-ruhiyyə ilə də qarşılanmalı, lazımi qaydada, yüksək səviyyədə müayinə olunmalıdırlar. Qeydiyyat, genetik müayinə, avadanlıqların alınması, görülən işlər, cəlb olunmuş mütəxəssislər bütün bunlar əhalinin sağlam gələcəyi üçün atılan addımlardır və hər bir kəs öz işinin öhdəsindən layiqincə gəlməyi bacarmalıdır.

Nazir dövlət və ya özəl tibb müəssisələrinə rəhbərlərinə əhalinin müraciət və xahişlərinə diqqətlə yanaşmağı tapşırıb və işlə təminat, xəstəlik problemləri ilə əlaqədar istənilən müraciətin cavabsız qalmamasına, diqqətlə nəzərdən keçirilməsinə və ünvanlı şəkildə araşdırılmasına dair göstərişlər verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar