Hindistanda anomal istidən ölənlərin sayı 2 mini keçdi

Hindistanda son həftə ərzində anomal isti hava nəticəsində ölənlərin sayı 2 000 nəfəri keçib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, havanın hərarətinin yüksək olması səbəbindən Andxra-Pradeş və Telanqana ştatlarında 1979 nəfər ölüb.

Son sutka ərzində adıçəkilən ştatlarda 400 nəfər ölüb. Bütün ölkə üzrə 2005 nəfər anomal istinin qurbanı olub.

Sinoptiklərin proqnozlarına görə, isti hava şəraiti həftənin sonunadək davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar