Benqazı raket atəşinə tutuldu: 8 ölü

Liviyada ölkənin sayca ikinci ən iri şəhəri Benqazinin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 8-ə çatıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 5 nəfərin həlak olduğu, 8 nəfərin yaralandığı barədə məlumat verilmişdi.

Benqazinin şərqindəki yaşayış massivi mayın 29-da raket atəşinə tutulub. Liviyanın hərbi komandanlığı hadisəyə görə radikal islamçıları günahlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar