Qəzet rəhbəri istintaqa cəlb olundu

İstanbul şəhər prokurorluğu yerli “Cumhuriyet” qəzetinin icraçı direktoru Can Dündar haqqında istintaq işi açıb. SalamNews-un “Sözcü”yə istinadla verdiyi xəbərə görə, Dündar imzası ilə qəzetin ana səhifəsində yerləşdirilən xəbərdə Milli Kəşfiyyat İdarəsinin yük maşınlarında polis tərəfindən aparılan axtarış zamanı çəkildiyi iddia edilən fotoşəkillər yerləşdirilib.

“Buyurun, Ərdoğanın “yoxdur” dediyi silahlar” başlıqlı xəbərdə Türkiyənin Suriyaya silah göndərdiyi iddia edilir.

Bildirək ki, istintaqı Adana və Hatayda 2014-cü ilin yanvar ayında Milli Kəşfiyyat İdarəsinə məxsus yük maşınlarının dayandırılması ilə bağlı 26 əsgərin həbs olunduğu istintaq işinə baxan prokuror İrfan Fidan icra edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar