Obama tarixi Kuba qərarını verdi

ABŞ Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarır. Anspress-in məlumatına görə, ABŞ Dövlət Departamentindən verilən açıqlamada prezident Obamanın Kubanın beynəlxalq terrorizmə dəstək verən ölkələr siyahısında olmasına təkrar baxılması ilə bağlı təlimatı xatırlanıb. Təlimata görə, Dövlət Departamenti 6 ay ərzində Obamaya hesabat verməlidir.

Həmçinin açıqlamada bildirilir ki, Obama Kubanın son 6 ayda beynəlxalq terrorizmə hər hansı dəstək vermədiyi və geləcəkdə belə bir dəstək olmayacağı ilə təminatlar verdiyinin təsdiqi də daxil olmaq üzrə, Kübanı terrora dəstək verən ölkələr siyahısından çıxarma qərarı haqqında qanuna dəyişikliklər edilməsi üçün Konqresə bildiriş göndərib.

Açıqlamada qeyd olunur ki, Konqresə göndərilən bildirişdən sonra qərarın rəsmi olaraq qüvvəyə minməsi üçün lazım olan 45 günlük müddətin tamamlandığı üçün bu gündən (29 May 2015) etibarən etibarlı olmaq üzrə Con Kerrinin Kubanın terrora dəstək verən ölkələr siyahısından çıxarılması istiqamətində son qərarını verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar