Bakıda əyləci qırılan kran görün nələr etdi – Dəhşətli qəzadan VİDEO

Biləcəri dairəsində bir anda 7 avtomobili əzən kranda texniki nasazlıq yaranıbmış

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində dəhşətli yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, Biləcəri dairəsinə daxil olan kranın əyləc sistemi sıradan çıxdığı üçün sürücü avtomobili saxlaya bilmir. Əvvəlcə qarşıda hərəkət edən «Mersedes»i vurur. «Mersedes» yoldan çıxaraq yolun kənarında dayanan avtomobillərə dəyərək dayanır. Daha sonra kran yüksək sürətlə dairədə dayanmış «Hyundai» markalı avtomobili vurub əzir. Hərəkəti davam etdirən kran qarşıda da 3 avtomobili əzir. Ümumilikdə, bu qəzada kran 7 avtomobili əzib. Bir neçə nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Kran sürücüsü qəzadan sonra bildirib ki, əyləc sistemi qəflətən sıradan çıxdığı üçün maşını saxlaya bilməyib. Üstəlik, həmin vaxt kran yoxuşla üzüaşağı hərəkət etdiyi üçün sürət daha da artıb və maşını dayandırmaq mümkünsüz olub.

Avtosfer.az həmin qəzanın təhlükəsiz kameralarında qeydə alınan görüntülərini təqdim edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar