ELŞAD ABDULLAYEV "QARDAŞINI OĞURLAYANLARIN" ADLARINI PREZİDENTƏ GÖNDƏRDİ- Şok SİYAHI

"Məqsəd əsas cinayətkarları - ölüm eskadronunun digər daha təhlükəli subyektlərini məsuliyyətdən yayındırmaqdır"

ABU-nun sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev prezident İlham Əliyevə 150-ci şikayət müraciətini yayıb. Müraciətinin bir surətini də AzPolitika.info-ya yollayan E.Abdullayev eyni məzmunlu məktubu Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərib. Həmin müraciəti qısa ixtisarla dərc edirik.

Qeyd edəək ki, müraciətində sabiq rektor mətbuatda gedən “Elşad Abdullayevin yaydığı videodakı şəxsə hökm oxunub» adlı məqalədən sıra ilə sitat gətirib, sonra da onları cavablandırır.

- Azərbaycanda məhkəmə-hüquq sistemi böhran vəziyyətindədir, bizim şikayətimizlə bağlı 30-a qədər qanunsuz məhkəmə hokum cıxarılıb, ancaq, azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilat tərəfindən ogurlanmış Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin taleyi haqqında məlumat yoxdur, əvəzində zərərcəkimşi təhdid etməklə məşguldurlar.

"Azpolitika.info", "Yeni Müsavat" , "Cümhuriyyət" və s. KİV-də 30 dekabr 2013 il tarixili məqaləsində “Elşad Abdullayevin yaydığı videodakı şəxsə hökm oxunub» dair məhkəmə hökmünə etirazımı bildirirəm:

-1.Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videoda görüntüsü olan Natiq Babaşov və ABU-ya işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mirsahib Məcidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Hökmə əsasən, hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.

"“Qarbaçovun dəstəsi» Mahir Abdullayevi geri qaytarmaq ücün 30 000 ABŞ doları avans alıb"

Cavab olaraq bildirirəmki, istintaqa kömək etmək məqsədilə hər iki şəxslə bağlı gizli video görüntülər sosial şəbəkələrdə və KİV-də ictimailəşdirilmişdir. Ancaq, Mirsahib Məcidovun və Natiq Babaşov haqqında və Qarbacovun dəstəsinin Mahir Abdullayevin ogurluğunda bilavasitə iştirak edən diğər subyektləri haqqında məhkəmə hökmünü qanunsuz, əsassız, qeyri obyektiv, qərəzli və həqiqətə uyğun olmayan siyasi sifariş hesab edirəm.

Brincisi, bu höküm siyasi sifarişdir. Mənim söhbətim vdioe görüntülərdən göründüyü kimi yalnız ogurlanmış MTN zabiti Mahir Abdullayevin geriyə qaytarılması haqqında olubdur. Ancaq, siyasi sifarişi yerinə yetirən məhkəmə isə özü bilə-bilə əsas məsələdən yan kecir, MTN zabiti Mahir Abdullayevin tapılıb ailəsinə qaytarılması ücün qanunu borcunu yerinə yetirmir. Cinayət işinin əsas məqsədi MTN zabiti Mahir Abdullayevin geri qaytarılmasıdır. Əksinə, azərbaycan məhkəmə sistemi azərbaycanda adam ogurluğu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatı gizlətməklə özü birbaşa cinayət edir. Mahir Abdullayevin taleyinə aydınlıq gətirmir, onu ört-basdır edir. O, Avropa İnsan Hüquqlarını Mühafizəsi haqqında Konvensiyanı acıq-aşkar pozaraq vəzifə mövqeyindən sui-istifadə edərək ağır cinayət edir. Azərbaycan Məhkəmə sistemi azərbaycanda adam ogurluğu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa etmək iqtidarında deyildir.

İkincisi,“Qarbacovun dəstəsi» MTN zabiti Mahir Abdullayevi geri qaytarmaq ücün 30 000 (otuz min) ABŞ doları avans almışlar. Onlar Mahiri mənə təhvil verdikdən sonra bir milyon ABŞ dolları tələb edirdilər. Dəstənin başcısı Mirsahib Məcidov və Natiq Babşova məhkəmə 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Ancaq, onların qanunvericiliyə görə cəzası daha ağırdır, dəstənin diğər əsas üzvüləri cinayət məsuliyyətindən kənarda qalmışdır. Deməli, dəstənin diğər üzvülərinin addam ogurlamaq haqqında lisenziyası olduqları ücün onlar məhkəmə məsuliyyətinə cəlb olunmurlar.

"...O, and içir ki, pulu Ramiz Mehdiyevə təhvil verib"

Ücüncüsü, məhkəmənin ədalətsizliyinə fikir verin deputat Gülər Əhmədova MTN zabiti Mahir Abdullayevin ogurlanması cinayətində iştirakına , ABU-nu məndən cinayətkarcasına tələb etdiyinə və mandat alverinə görə məndən 2 000 000 milyon ABŞ doları aldıgına görə ona az-yüngül cəza 3 il verilir. Halbuki, deputat Gülər Əhmədovanın vəzifə mövqeyinə görə onlardan fərqli olaraq daha ağır cəza təyin edilməli idi. Deputat Gülər Əhmədovaya ona görə az cəza təyin edilmişdir ki, o, and icir ki, pulu PİA müdüri Ramiz Mehdiyevə təhvil verib, bunu video-görüntülərdə etiraf eənəsas şahid Sevinc Babayeva isə sifarişlə qətlə yetirilərək daha ağır cəza – ölüm cəzasına məhkum edilmişdir. Məhkəə hökmünün qərəzli olması burdan müəyyən edilir, ağır cinayətə görə deputat Gülər Əhmədovaya 3il, quyruq qulu olan Mirsahib Məcidiva və Natiq Babaşova isə sifarişli 7 il həbs cəzası təyin edilir. Bir hüquq professoru kimi deputat Gülər Əhmədovanın əməllərini ağır dövləti cinayət hesab edirəm.

Bu günə qədər Gülər Əhmədovanın cinayət əməllərinə prokurorluq və məhkəmə orqanlarındə düzgün hüquqi qiymət verilməmişdir. Gülər Əhmədova Azərbaycan Respublikası CM-nin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub, 3 il azadliqdan məhrum edilibdir, şəxsən mən bir hüquqşünas kimi, zərərcəkmiş kimi Gülər Əhmədovanın cinayət əməllərinə belə hüquqi qiymət verilməsi ilə razı eyiləm.

Hər şeydən əvvəl, mənim Gülər Əhmədova ilə əlaqəm qardaşım, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin azərbaycanda adam ogurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat tərəfindən ogurlanması və onun geri qaytarılması müstəvisində aparılmışdır. Bizim Gülər Əhmədova ilə, hər şeydən öncə, apardıgım danışıqların predmeti qardaşım Mahir Abdullayevin geri qaytarılması olubdur. O, məni təhdid edərək Ramiz Mehdiyevə vermək adı ilə MTN zabiti Mahir Abdullayevi geri qaytarmaq ücün 1 milyon ABŞ doları almışdır. Ramiz Mehdiyev vaxtı uzatdı və deputat seckiləri ərəfəsində qardaşım Mahir Abdullayevi geri qaytarmaq ücün 1 milyonda əlavə edin və deputat secildikdən sonra 2-3 günə qrdaşınız Mahir Abdullayevi də qaytaracayıq. Lakin, faktiki olaraq Gülər Əhmədova mənim deputat kecməyimə maneəcilik törətmişdir. Onların məqsədi məni fiziki cəhətdən aradan götürmək olduğunu müəyyən etdim.

""Banditizm"in mayoru ip ucu ələ verdiyi ucün, eşitdiyimə görə qətlə yetirilibdir"

-2. Qeyd edək ki, E. Abdullayevin iyul ayında yaydığı videoda Natiq Babaşov özünü prezidentin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edir və Mahir Abdullayevi gətirməyə söz verir.

Cavab olaraq bildirirəmki, Qarbacovun dəstəsi kimi Məcidov Mirsahib və Natiq Bbaşov gizli videolarda MTN zabitləri İlqar və Fikrət Abbasovların mənə Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun vasitəci kimi təqdim etdikləri Mirsahib Məcidovla (“Sahib müəllim”,”Qarbacov”, “Seyid” ləqəbli) 20 aprel 2004 il tarixində gizlin video görüntülərin 2013 il tarixində 10 %-i www.youtube.com və KIV-də ictimailəşdirilmişdir.(Ərizəyə əlavə edirəm).

Sahib müəllim (Mirsahib Məcidov) bundan əvvəl yayımlanan 9-cu vidodakı Prezident Mühafizə Xidmətinin əməkdaşları Səfər Kələntərovun, Natiq Babaşovun, Yasirin, Şahinin Cəllabadskinin dəstəsi ilə mənimlə görüşərək Mahirin geri qaytarilmasının pul bazarlıgını aparan şəxslərdirdir.

Sahib müəllimi “dostları» arasında xüsusi əlamətlər oldugu ücün “ kəkillli», "Qarbacov", "seyid" deyə cagrırdılar, ancaq pasport adı Mirsahob Mecidov idi. Mirsahib və Natiq Babşov 7 il azadlıqdan məhrum edilibdir:

1. “Qarbacov” ləqəbli Sahib müəllim – 7 il məhkəmə məsuliyyətinə cəlb olunmuşlar;

2. Natiq Babaşov- Pezident Mühafizə Xidmətinin əməkdaşı, polkovnik, əvvəllər MTN naziri Namiq Abbasovun köməkcisi, Novxanıda Hikmət Sabirabadskinin bag qonşusu – 7 il məhkəmə məsuliyyətinə cəlb olunmuşdur;

MTN zabiti Mahir Abdullayevin ogurluq cinyətini ğizlətmək məqsədilə mütəşəkkil cinayətkar təşkilatIn əsas fiqurlarını cinayət məsuliyyətindən kənar saxlayırlar.

"Qarbacov"un dəstəsinin qalan əsas üzvləriNİ isə Ramiz Mehdiyevin əmri ilə müxtəlif bəhanələrlə qərəzli olaraq məsuliyyətindən yayındırmışlar:

1. Səftər – Səftər Kələntətov Prezident Mühafizə Xidmətinin əməkdaşı, əvvəllər MTN əməkdaşı, Elşad müəllimlə dəfələrlə hərbi formada görüşübdür, Naxcvanlı, Nehrəmli ;

2. Yasir Naxcıvanlı, mənimlə müntəzəm DİN-in "Banditizm" İdarəsinin yaxınlığında görüşən, Prezidentin əmisi oğlu İlqar Əliyevin adamı – Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıga Qarşı Mübarizə İdarəsinin ("Banditizm"İN) mayoru, adadm ogurlugunda pul işlərinə baxır, ip ucu ələ verdiyi ucün eşşitdiyimə görə qətlə yetirilibdir;

3. Şahin “Cəllabadski” – dövlətin “Vor Zakonu”, “killer”, Cəlilabad şəhər mərkəzində orta məktəblə üzbə-üz yaşayır, hamısı da qanunsuz silah daşıyır, onun həm MTN generalı Akif Covdarla, həmdə Arzu Kazımovla blavasitə əlaqələri var idi və Mahirin ogurluq işində əlbir fəaliyyət göstərirdilər;

4. Mirbaba (Akif Covdarov) "banda" ilə (Sahib müəllimlə) MTN tərəfindən danışıqlar aparanı vasitəci - MTN əməkdaşı-general ;

5. Qulu Cəfərov - Mahirin dostu, Mahiri ələ verən, Mirsahib Mecidovun dəstəsi ilə Akif Covdarovun adı ilə danışıq aparan, MTN generalı Akif Covdarovun qohumu;

6. Sənan İbrahimov- Mahirin dostu, Mahiri ələ verən, MTN generalı Hilal Əsədovun qohumu.

7. Onların sifarişini yerinə yetirən müğənni Mətanət İsğəndərli.

"Azərbaycan məhkəmələri Mahir Abdullayevin oğurlanması cinayətini adıləşdirmək istəyir"

-3. M. Məcidov isə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin şikayəti əsasında axtarışa verilib.Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Məcidov tutulub.

Cavab olaraq bildirirəmki, bu ağ yalandır. İctimailəşmiş gizli-video görüntülər müəyyən edir ki, nə mən Mirsahib Məcidov ilə kimisə Azərbaycan Beynəlxalq Universitetinə işə ğötürməmişəm, nədə ki, mənim onula ABU-ya tələbə qəbulu söhbətim olub. Mənim Mirsahib Məcidovla söhbətimizin predmeti yalnış MTN zabiti Mahir Abdullayevin sağ-salamat geri qaytarılması olmuşdur,umumiyyətıə, "Qarbacov"un dəstəsi ilə yalnız Mahirin ogurluq problemi olmuşdur.

Bu gün ona görə Mirsahib Mecidovu və Natiq Babaşovu məhkəmə qərəzli olaraq ABU-ya işə düzəltmək adı ilə cəmiyyətə həqiqətə uyğun olmayaraq təqdim edirlərki məni susdursunlar və mən Avropa Məhkəməsindən geri cəkilim.

-4. Hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müxtəlif bəndələrinə əsasən ittiham ediliblər.

Cavab olaraq bldirirəmki, adadm ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın bütün subyektlərinin hüquqi baxımdan dələduz kimi qiymətləndirilməsi ilə razılaşmaq olmaz.

Hər şeydən əvvəl, Azərbaycan məhkəmə sistemi siyasi sifrişlə MTN zabiti Mahir Abdullayevin ogurlanması cinayətini adıləşdirmək istəyir. Bu cinayət işini xalqa adi bir məşət cinayəti kimi təqdim olunur. Eyni zamanda da Ramiz Mehdiyevə yaxınlığı ilə bilənən jurnalistlər xalqı caşıdırmaq ücün zərərcəkmişi müntəzəm olaraq təhdid etməklə məşguldur. Cinayət yolu tutmuş bu qəzetcilərdə Mahir Abdullayevin ogurlu işini adiləşdirmək siyasəti yürüdür və zərərcəkmişi suclamaqda belə cəkinmirlər. Sarı qaəzetcilər də siyasi sifarişlə bu cinayəti adiləşdirmək siyasəti aparırlar.

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, qardaşım MTN zabiti Mahir Abdullayevin oğurlanması faktına görə başlanmış cinayət işi ilə əlaqədar bir sıra vəzifəli şəxslər mənə qarşı qanuna zidd əməl etdiyinə görə məsuliyyətə cəlb olunduqdan sonra Gülər Əhmədovanın, Arzu Kazımovun işində oldugu kimi məni həmin işlər üzrə zərərçəkmiş şəxs kimi tanımayıblar .

Belə ki, video faktları sosial şəbəkələrdə ictimailəşmiş mənimlə Mahir Abdullayevin geri qaytarılması ücün pul alıb danışıqlar aparan Mirsahib Məcidov (Qarbacov), Natiq Babaşov, Səfər Kələntərov, Yasir "Banditizm", Şahin (Şaqo), Mirbaba (MTN generalı Akif Covdarov), Qulu Cəfərov (Akif Covdarovun sag əli), Sənan İbrahimov ( MTN generalı Hilal Əsədovun sağ əli), MTN-in vasitəciləri İlqar Abbasov və Fuad Abbasovun, habelə müğənli Mətanət İsğəndərlinin əməllərinə huquqi qiymət verilməmişdir. Prokurorluq əsas cinayətkarları gizlətmək məqsədi ilə məsələni belə qoyublar ki, onlar mənə qarşı dələduzluq edib, mən isə guya yalvararaq zorla rüşvət verməyə cəhd etdiyim üçün zərərçəkən deyiləm. Belə cıxır ki, mən azərbaycanda adam ogutlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilata yalvararaq “könüllü” olaraq rüşvət vermişəm. Cinayətin bilə-bilə belə qiymətləndirilməsinin başlıca məqsədi əsas cinayətkarın -“Maqnitski Aktında» qeyd olunan subyektlərinin ifşa olunmasının qarşısının alınması və azərbaycanda adadm ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın-ölüm eskadronunun digər daha təhlükəli subyektlərini cinayət məsuliyyətindən yayındırmaqdır.

Ümumiyyətlə, müasir dünyada uzun illərin adam ogurlugu məhkəmə təcrübəsində pulun zərərcəkmişdən alınması hədə-qorxu gəlməklə və qarayaxma yolu ilə olur, Ali Məhkəmənin Plenum qərarları da pozulur.

"Mahir Abdullayevin oğurlanması cinayətində iştirak edən bir nəfər də olsun məsuliyyətə cəlb olunmayıb"

-5. Onu da qeyd edək ki, hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Cavab olaraq bildirirəmki, beynəlxalq diqqət mərkəzində böyük bir cinaət işi ortadadır, lakin, zərərcəkmiş yoxdur. Bu günə qədər məni zərərcəkmiş kimi tanınmamışam.

Təəssüf ki, mənim bu barədə verdiyim vəsatətlər qanunsuz olaraq təmin edilməyib və mən məcburiyyət qarşısında qalıb Beynəlxalq Məhkəməyə müraciət etmişəm. Sizdən bir daha tələb edirəm ki, mənim zərərçəkmiş şəxs kimi tanınmam barədə vəsatətimi qanuna müvafiq qaydada həll edəsiniz. Hüquqi böhran ondan ibarətdir ki, Gülər Əhmədova, Arzu Kazımov, Nəriman Ağayev, Nüşabə Mirzoyeva və s. haqqında AR Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq ittihamı irəli sürülür, iş məhkəməyə verilir, lakin, CM-in 87-ci maddəsinə görə onların dələduzlugundan ziyan cəkmiş hüquq professoru . Elşad Abdullayev zərərcəkmiş kimi tanınmır. Hec bir normal dövlətdə belə naqis və qəeəzli məhkəmə hakimiyyəti ola bilməz, belə hüquqi böhran və özbaşnalıq feodal Afrikasındada yoxdur.

Cənab Prezident...!!!

10 ildir MTN zabiti Mahir Abdullayevin acıq cinayət işi acılmır,hətta, Sizin sərancamınız ilə yaradılmış AR Baş Prokurorlugu yanında yaradılmış Müstəqil İstintaq Kommisiyassıda azərbaycanda adadm ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa etmək iqtidarında deyildir və onlar ilə əlbir fəaliyyət gösrərək zərərcəkmişi susdurmaq ilə məşguldur. 2003- cü ilin 13 oktyabrından bu günə kimi Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı cinayət işinə 12 müstəntiq cəlb edilmiş, 2012-ci il oktyabr ayında Azərbaycan respublikası prezidentinin sərəncamı ilə Müstəqil Təhqiqat Komissiyası yaradılmış, cinayətkarları ifşa edən çoxsaylı video və audio materiallar sosial şəbəkələrdə nümayiş olunub.

Bütün bunlara baxmayaraq,hazıra qədər bizim şikayətizlə bağlı qanusuz olaraq 30 məhkəmə hökmü hökmü cıxarılıbdır. Ancaq, Mahir Abdullayevin oğurlanması cinayətində iştirak edən bir nəfər də olsun istintaqa və məsuliyyətə cəlb olunmayıb, zərərçəkənin ailəsi, yaxınları istintaq və məhkəmə tərəfindən zərərçəkən kimi tanınmayıb, əksinə onlara qarşı daim 37-ci ilin təzyiq kampaniyası həyata keçirilib. Biz, Mahir Abdullayevin ailə üzvləri olaraq bir daha yerli və beynəlxalq ictimaiyyətin, eləcə də hüquq- mühafizə orqanlarının diqqətini 10 il bundan öncə azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilat zərərcəkmişə məlum cinayətkar şəbəkə tərəfindən oğurlanaraq, bu günə qədər taleyi qeyri- müəyyən olan Mahir Abdullayevlə bağlı baş vermiş cinayət hadisəsinə yönəldir, Azərbaycan hakimiyyətindən cinayətin açılmasını, cinayətkarların tapılıb cəzalandırılmasını tələb edirik.

İmza: hüquq professoru Elşad Abdullayev

Fransa, Paris, 05.l.2014"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar