Bu gün Azərbaycanın bəzi məktəblərində “Son zəng” keçirilir

Bu il “Son zəng” iki gün - mayın 29-u və 30-da qeyd edilir.

Belə ki, tədris həftəsi 5 günlük olan məktəblərin məzunları üçün "Son zəng" tədbirləri ötən gün keçirilib. Bu gün isə tədris həftəsi 6 günlük olan məktəblərin məzunları üçün “Son zəng” çalınır.

2014-2015-ci tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 şagird bitirəcək. Ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub.

Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi ilə bağlı təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib. Məktəblərə tövsiyə olunub ki, həmin tədbirlər məktəb ərazisində keçirilsin. /APA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar