Türkiyə hökumətinə qarşı növbəti təxribat - VİDEO

“Cümhuriyyət” qəzeti hökumətə aid avtomobillərdə Suriyada üsyançılara silah daşımasını əks etdirən video yayıb

Türkiyənin müxalifətyönümlü “Cümhuriyyət” qəzeti hökumətə məxsus yük avtomobillərinin Suriyada üsyançılara silah-sursat daşımasını əks etdirən videogörüntülər yayımlayıb. ANS-in məlumata görə, videogörüntülər 2014-cü ilin yanvar ayında çəkilib. Silahlar tibbi ləvazimatla yüklü avtomobillərdə qutulara yerləşdirilib. Türkiyə polisi avtomobillərdə aparılan axtarışlar zamanı çoxlu sayda artilleriya və minaatan mərmiləri, avtomat silah güllələri aşkarlayıblar. Məlumata görə, yük avtomobilləri kəşfiyyat bölməsi tərəfindən idarə olunub. Silahlar isə, Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən üsyançılara çatdırılmalı imiş.

Daha sonra həmin ilin may ayında axtarış əməliyyatının bütün iştirakçıları - 40-a yaxın polis əməkdaşı və prokurorlar həbs olunmuş, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatları ölkəyə xəyanət və casusluq adlandırmışdı.

Ankara əməliyyatların hökumətə qarşı çıxan din alimi Fətullah Gülənin tərəfdarları tərəfindən icra olunduğunu bildirib.

Türkiyədə parlament seçkilərinə bir həftə qalmış belə bir görüntünün ortaya çıxması da rəsmi Ankaraya qarşı növbəti təxribat hesab olunur. Bu kadrların yayılması isə Türkiyəni beynəlxalq aləmdə terrora dəstək verən ölkə kimi təqdim etmək cəhdi hesab edilir. Ankara bu kadrların həqiqəti əks etdirmədiyini, düzülübqoşulduğunu bəyan edib. Artıq “Cümhuriyyət” qəzetinin rəhbərliyi istintaqa cəlb olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar