Xəzərdə nərəkimilərin ovuna qadağa uzadıldı

Nərəkimilərin ovu yalnız elmi-araşdırma və süni yetişdirmə məqsədi ilə həyata keçiriləcək

Xəzəryanı ölkələr nərəkimilərin kommersiya ovuna qoyulmuş qadağanın müddətinin uzadılmasına dair razılığa gəliblər. Anspress-in məlumatına görə, bu barədə "RİA Novosti" məlumat yayıb. Qərar Sankt-Peterburqda Xəzər dənizinin su bioresursları Komissiyasının 35-ci iclası zamanı qəbul edilib.

Tədbirdə bütün Xəzəryanı ölkələrin - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan nümayəndələri iştirak ediblər.

Bu qərar 2016-cı ilin sonunadək qüvvədə olacaq. Bu balıqların ovu yalnız elmi-araşdırma, süni yetişdirmə məqsədi ilə həyata keçiriləcək.

Əldə edilən elmi araşdımalara görə, Xəzərdə nərəkimilərin ehtiyatı azalmağa davam edir. Tərəflər razılığın tezliklə ratifikasiyası üçün lazımı dövlətdaxili prosedurları sürətləndirmək barədə də razılıq əldə ediblər.

İclasın sonunda yekun protokol izalanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar