“LƏNKARANSKİ” GÜNAHSIZ ÇIXDI... -   "Ded"in cinayət işi bağlandı

Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyanın qətlinə dair qaldırılmış cinayət işini bağlayıb. “İnterfaks”ın xəbərinə görə, müstəntiqlər iki ildən çox araşdırma aparsalar da, bu qətl üzrə konkret ittiham irəli sürmək üçün dəlil-sübut tapa bilməyiblər. Hadisə yerindən tapılan gilizlərin laboratoriya araşdırması göstərib ki, bu gilizlər 9 növ silaha aid ola bilər. “Ded Xasan”ın öldürüldüyü “Val” adlandırılan xüsusi avtomatda əl izləri isə o qədər cüzi olub ki, genetik ekspertiza nəticələri tam dəqiqliklə verə bilməyib.

“Ded Xasan”ın qətli üzrə əsas şübhəli olan 12 aprel 1981-ci ildə anadan olmuş Ülfət Tağıyev (“Rüfət Gəncinski”) digər cinayət üçün cəzasını ciddi rejimli koloniyada çəkməklə 8 il azadlıqdan məhrum edilib. 2013-cü ilin sentyabrında DİN və FTX İdarəsinin əməkdaşları onu Moskvada saxlayıblar. O, paytaxta Türkiyə vətəndaşının pasportu ilə, saxta sənədlərlə gəlib. Əməliyyatçıların məlumatına

əsasən o, azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) yaxın əhatəsinə daxildir və 2012-ci ildə Dubayda “qanuni oğru” adı alıb. “Rufo”nu dəfələrlə Ded Xasanın qətlinə görə də dindiriblər.

Lakin o, kriminal “generalın” qətlində hər hansı rolunun olduğunu inkar edib. İstintaqın əlindəki ən önəmli sübut “Ded Xasan”ın qətlə yetirildiyi “Köhnə fayton” restoranının yaxınlığındakı videomüşahidə kameralarının görüntüləri idi. “Rufo” kameralara ilk dəfə 2013-cü il yanvarın 9-da, “Ded Xasan”ın qətlindən bir həftə əvvəl düşüb. O, restoranın ətrafında fırlanıb, ətraf həyətləri dolaşıb, onu müşayiət edən şəxslərlə nə barədəsə danışıb. Sonra Tağıyev daha iki dəfə “Köhnə fayton”un yaxınlığında görünüb. Həmçinin “Rufo” yanvarın 16-da- qətlin baş verdiyi gün də restorana yaxın küçədə qeydə alınıb. Amma göründüyü kimi, istintaq azərbaycanlı “qanuni oğru”nun bu işdə suçlu olduğunu sübut edə bilməyib.

1sarRusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan “Şakro Molodoy” ləqəbli 62 yaşlı Zaxari Kalaşov ötən il oktyabrın 29-da İspaniya həbsxanasından azadlığa buraxılandan sonra “Ded Xasan”ın və Vyaçeslav İvankovun (“Yaponçik”) məzarlarını ziyarət edib.“Şakro” məzarlıqda and içib ki, onların qatillərini bağışlamayacaq.

Rusiya saytları yazır ki, “Ded Xasan”ın qətlinin günahkarı kimi konkret ad çəkilməsə də, əsas şübhəlilər hazırda həbsdə olan “Taro” ləqəbli Tariel Oniani və “Merab Suximski” kimi tanınan Merab Canqveladzedir.

“Ded Xasan” klanının “qara siyahı”sında “oğru dünyası”nın əsas simalarından olan “Rövşən Lənkəranski”nin də adı da var. Məhz bu baxımdan “Rufo”nun istintaqının son nəticəsi Rovsenlenkeranskiihffhfhf (1)hnhmaraqla gözlənilirdi. Amma görünür ki, bu qətli rəsmi olaraq “Lənkəranski”nin “hesabına” yazmaq mümkün olmadı. Yeri gəlmişkən, “Ded Xasan”ın aradan götürülməsində Rusiya hüquq-mühafizə orqanlarının əli ola biləcəyi ilə bağlı versiyalar da var.

Rusiya paytaxtında bütün “qanuni oğru”ların iştirakı ilə toplantı keçiriləcəyi ilə bağlı xəbərlər yayılsa da, belə bir “sxodka” hələ ki baş tutmayıb. Ehtimal edilir ki, “Şakro Molodoy”un təşkilatçısı olduğu bu “sxodka” bir çox qaranlıq məsələlərə, o cümlədən “Ded Xasan”ın qətli ilə bağlı da müəmmaya aydınlıq gətirəcək.

“Rövşən Lənkəranski”nin hazırda harada olduğu bilinmir. O, mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Onun həbsi barədə İtaliya məhkəməsi xüsusi qərar çıxarıb və saxlanılması üçün İnterpola müraciət edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar