Baltikyanı ölkələr vahid müdafiə sisitemi yaradır

Baltikyanı ölkələr hesab edirlər ki, orta mənzilli vahid hava hücumundan müdafiə (HHM) sistemi yaratmaq barədə danışıqlara başlamaq vacibdir. KİV-in məlumatına görə cümə axşamı Litvanın Panevejise şəhərində Latviya, Litva və Estoniya müdafiə nazirlərinin görüşündə bu qərara gəlinib (TASS).

Litva müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu Baltik respublikası maraqlıdır ki, məsələ ilə bağlı danışıqlara artıq gələn ilin əvvəlindən başlansın və danışıqlar təkcə HHM sisteminin özünü yox, həm də birgə satınalmaları əhatə etsin.

Latviyanın müdafiə naziri Raymonds Veylnis bu barədə deyib: «Uzunmüddətli perspektivdə Baltik ölkələrinin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi işində HHM sistemlərinin razılaşdırılmış satınalmaları olduqca əhəmiyyətli və praktik addım olardı. Bu həm də maliyyə vəsaitlərinə qənaət etməyə imkan yaradar, sistemin saxlanmasına və öyrədici proqramların hazırlanması işlərinə kömək edərdi...».

Görüş zamanı tərəflər üçtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Qeyd olunub ki, birgə Baltik batalyonunun yaradılması və Polşa və Şimal ölkələri ilə əməkdaşlıq məsələləri üzərində işi davam etdirmək vacibdir. Tərəflər həm də Baltik ölkələrində təlim infrastrukturunun və material-texniki bazanın yaradılması üzrə vahid konsepsiyasının işlənib hazırlanması barədə razılığa gəliblər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar