Rusiyanın böyük bankından Krımla bağlı gözlənilməz qərar

«Sberbank» Krımda işləməkdən imtina etdi

Rusiya KİV-nin yaydığı məlumata görə, ölkənin ən böyük banklarından biri olan «Sberbank» Krımda və Sevastopolda fəaliyyət göstərməyəcək. Bu barədə səhmdarların illik yığıncağında bankın rəhbəri German Qref məlumat verib (Lenta.ru).

German Qref deyib: «Sankisiyalar nöqteyi-nəzərindən, bu, yolverilməzdir. Hələlik biz, bu ərazilərdə işləməyəcəyik...».

Xəbər verilir ki, «Sberbank» səhmdarlarının illik yığıncağı mayın 29-da baş tutub. Gündəlikdə iki məsələ olub - Qrefin səlahiyyətlərinin uzadılması və səhmdarlara dividendlərin ödənilməsi.

Səhmdarlar 2019-cu ilin noyabrına qədər German Qrefin bankın prezidenti postunda saxlanması barədə qərar qəbul ediblər. Bundan başqa, yığıncaqda dividendlərin ölçüsü hər səhmə görə, 45 qəpik səviyyəsində müəyyən olunub. Bu da ötən ildəkindən 8 dəfə azdır. Yığıncağın gedişində Qref qeyd qedib ki, 2014-cü il bank üçün çətin il olub.

Xatırladaq ki, Sberbank, VTB, Qazprombank, Vneşekonombank, Rosselxozbank və Moskva bankları ABŞ və Avropa İttifaqının sankisiyaları altında alınıb. Bu kredit təşkilatları Amerika və Avropanın maliyyə bazarlarında vəsait toplaya bilmirlər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar