"Etimadı doğrultmayan parlament təmsilçilərimiz var" - Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya müsahibə verib. O, növbəti partalament seçkilərinə hazırlıqla bağlı qeyd edib ki, bir sıra işlər yekunlaşsa da bəzi dairələrdə son anda dəyişikliklər ola bilər: "Bir neçə məsələlər qalır ki, bununla bağlı da işlər gedir. Bizim rayon-şəhər təşkilatlarının toplantısı olacaq. Bu toplantıda seçki ilə bağlı konkret məsələlər onların qarşısında qoyulacaq. Bunlar seçki qərargahlarının yaradılması, imza toplayacaq şəxslərin müəyyən olunması, onların treninq və sairdir. Növbəti iki ay ərzində, avqustun 1-ə qədər bu texniki məsələləri həll edib artıq hansı dairədən kimlərin namizədliyi irəli sürülməli olması məsələsinə baxılacaq. Burda bir məsələ də var. YAP ilə digər partiyalar namizədlər irəli sürürlər. Biz indi onları da təqib etməliyik ki, ola bilsin ki, operativ dəyişikliklər edək, o dairələrdə onlardan irəli sürüləcək namizədlərə alternativ kimləri irəli sürəcəyimizi bilək. Yəni ola bilsin ki həmən dairələrdə son anda bəzi yerdəyişmələr olsun."

Siyavuş Novruzov aparılan araşdırmalar nəticəsində etimadı doğrultmayan parlament təmsilçilərinin də olduğunu deyib: "Apardığımız araşdırmanın artıq bəlli olan müəyyən nəticələri var və aşkar olunub ki həmən şəxsin yerlərdə də növbəti dəfə namizəd olmasını seçicilər də istəmir. Belə şəxslər var və bunlar çox deyil, konkret müəyyən fərdlərdir. Hələ ki adlarını açıqlamasam da, bu məsələ sonda dediyim kimi partiya rəhbərliyi tərəfindən müzakirə olunacaq. Hətta elə insanlar da var ki, bu müddət ərzində deputat kimi beynəlxalq təmsilçilikləri yaxşı olub, amma yerlərdə müəyyən dərəcədə problemləri var. Biz bunları da nəzərə alacağıq ki, beynəlxalq aləmdə Azərbaycanın təmsilçiliyi vacib şərtlərdən biridir."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar