ABŞ səfirliyi məlumat yaydı: "Oqtay Əsədovla da görüş olub..."

Səfirlik: "Biz hər hansı partiyanı nə təlimatlandırır, nə də maliyyələşdirir."

ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Şurasının sədri Cəmil Həsənli ilə görüşlə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib. Səfirliyin açıqlamasında bildirilir ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta mayın 26-da Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşüb. Bu görüşdən əvvəl isə səfir Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov da daxil olmaqla, partiyanın bir neçə yüksək səviyyəli nümayəndəsi və parlamentin sədri Oqtay Əsədovla görüşlər keçirərək onların fikirlərini dinləyib.

Məlumatda deyilir: "Bu cür görüşlər Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin fikirləri ilə tanış olmaq məqsədi daşıyır. ABŞ səfirliyi Azərbaycanda hər hansısa partiyanı nə təlimatlandırır, nə də partiyaları maliyyələşdirir."

Xatırladaq ki, bundan əvvəl bəzi saytlar Cəmil Həsənlinin ABŞ səfirliyində məxfi görüş keçirdiyi, Milli Şuranın mitinqlər üçün səfirlikdən maddi dəstək alması barədə xəbərlər dərc edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar