MKİ-nin keçmiş əməkdaşı ABŞ siyasətini ifşa etdi

“Nə üçün ABŞ Suriya döyüşçülərini silahla təchiz edir? Ona görə ki, hər iki tərəf bu münaqişədə maksimum itki versin?” Bunları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Denis Lem “The Gazette” saytındakı məqaləsində yazır.

Müəllif yazır: “Dövlət katibi Con Kerri Suriyadakı müxalif döyüşçülərinə edilən yardımı vətəndaş müharibəsinin dayandırılması istiqamətində aparılan danışıqlardakı mövqelərinin gücləndirilməsı üçün edildiyini bildirir. Bu tamamilə boş sözdür. Belə çıxır ki, İsraillə danışıqlarda fələstinlilərin mövqeyini gücləndirmək üçün onları silahlandırmlıyıq? Suriya hökumət qoşunları müxalif silahlıları sıxışdırdığına görə, Konqresin təzyiqi altında prezident Obamanın Suriya döyüşçülərini silahalandırması planını açıqlaması yadıma Trumenin Senatdakı 1941-ci il 23 iyun tarixli çıxışını saldı. O həmin çıxışında deyirdi ki, ”Əgər biz görsək ki, Almaniya qalib gəlir, onda Rusiyaya kömək edəcəyik, yox əgər görsək ki, Rusiya qalib gəlir, biz Almaniyaya kömək göstərməliyik. Onlara imkan vermək lazımdır ki, bir-birlərini daha çox öldürsünlər”. Vaşinqton özünü 1980–81-ci illərdəki İran-İraq müharibəsində də belə aparmışdı. Müharibəni İraq başlasa da, biz ona hərbi yardım edirdik. Peyk vasitəsilə İran ordusunun hərəkət dislokasiyasını müəyyənləşdirərək İraq tərəfinə ötürürdük. İndi yaxşı olar ki, Vaşinqton miyon dollara başa gələn raketləri döyüşçülərə ötürmək əvəzinə bu məbləği qaçqınlara xərcləsin.”

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar