İLHAM RƏHİMOVUN KÜRƏKƏNİ VERGİNİN HƏDƏFİNDƏ - Araz Mehdiyev milyonluq tələbləri rədd edib, “qaçaq” işləyir!

Dünya bazarında neftin qiymətinin düşməsi və üstəlik Avropa Oyunları ilə bağlı əlavə böyük xərclərin yaranması Azərbaycan hökumətini bir sıra sahələrdə radikal addımlar atmaq məcburiyyətində qoyub. Bu, özünü həm bu ilədək yürüdülən maliyyə siyasətinin dəyişməsində, həm iş adamlarına verilən böyük kreditlərlərin qaytarılmasına yönəlik inzibati resursların işə salınmasında, həm də vergi yığımında, vergi ödəyicilərinə münasibətdə əvvəlki illərin praktikasından imtina olunmasında göstərir.

Belə ki, bu ilədək böyük maliyyə resursları hesabına manatın məzənnəsi sabit saxlanılsa da, fevralda 34 faiz həcmində ciddi devalvasiyaya gedildi və bunun davam edəcəyi gözlənilir. Baxmayaraq ki, Mərkəzi Bankın sədri bundan sonra da idarə olunan məzənnə siyasətinə üstünlük veriləcəyini bəyan edib. Ancaq Mərkəzi Bankın ehtiyatlarının sürətlə tükənməsi yaxınlarda yeni devalvasiyanın olması, hətta hökumətin “üzən məzənnə” siyasətinə keçmə ehtimalını yaradıb.

İş adasmlarına verilən böyük kreditlərin qaytarılması işinin isə hüquq-mühafizə orqanlarına tapşırıldığı məlumdur. Onlar da bunu aylarla vaxt itirərək məhkəmələrdə deyil, qısa müddətdə zirzəmilərdə “həll etməklə” məşğuldurlar. İlkin məlumatlar göstərir ki, “zirzəmi metodu” uğurlu nəticələr verir. Odur ki, davam etdiriləcəyi gözlənilir.

Əlbəttə, hökumətin baxış bucağından yanaşdıqda bunlar dövlət xərclərinin azalmasına, dövlətin, necə deyərlər, “kisəsindən gedən” pulların qaytarılmasına yönəlik önəmli addımlar hesab oluna bilər. Ancaq bu tədbirlərin neftin qiymətinin düşməsi ilə bağlı bu ilin büdcəsində yaranacağı gözlənilən böyük kəsirin doldurulmasında hər hansı ciddi rolu ola bilməz.

Söhbət milyardlarla manat kəsirdən gedir ki, bunun baş verməsi bir tərəfdən maaşların, pensiyaların verilməsində, digər tərəfdən də əvvəlcədən planlaşdırılmış layihələrin həyata keçirilməsində problemlərin yaranmasına səbəb ola bilər.

vergilerOna görə də, belə problemlərin yaranmaması üçün büdcədə gözlənilən kəsiri doldurmaq istiqamətində hələ ilin əvvəlindən Vergilər Nazirliyinə qeyri-məhdud səlahiyyətlər verilib. Vergilər Nazirliyi də bu səlahiyyətlərdən çıxış edərək, vergi yığımında və vergi ödəyicilərinə münasibətdə əvvəlki illərin praktikasını tamamilə dəyişib. Yeni vergi yığımı siyasətinin mahiyyətində, əvvala, heç kimə heç bir halda GÜZƏŞT ETMƏMƏK dayanır.

İkincisi, əvvəlki illər hansısa səbəbdən (tapşırıqla və ya “razılıqla”) güzəşt olunmuş iri ş adamlarından, oliqarx məmurlardan ötən 5-6 ilin də vergilərini hesablayıb birdəfəyə almaq tapşırılıb.

Bu səbəbdən də vergi əməkdaşları iri biznes obyektlərinin, istehsal və emal müəssisələrinin sahiblərinin üzərinə, oliqarxların şirkətlərinə, ticarət mərkəzlərinə milyonlarla, hətta 10 milyonllarla ÖDƏNİŞ ÇEKLƏRI göndərirlər. Azərsun Holdinq”dən 50 milyon alınması, “Bizim marketlər” şəbəkəsinin sahibinə 20 milyon haqq qoyulməası, bəzi nazirlərə məxsus biznes obyektlərindən 10 mılyonlarla manat vergi alınmasına dair yayılan məlumatlar da bunu təsdiqləyir.

Obyektivlik naminə qeyd edək ki, bu etapda vergi əməkdaşları “damara baxıb qan alırlar”. Düzdür, qazandığından daha çox vergi ödəməyə məcbur edilən, açıq soyğunçuluqla üzləşən iş adamları da az deyil. Ancaq milyonluq, 10 milyonluq tələblər, əsasən illərdir böyük pullar qazanıb, dövlətə “qəpik- quruş” ödəyənlərə yönəlir. Onların da arasında bu tələbi yerinə yetirənlər də var, “aradan çıxmağa” calışanlar da...

Azərbaycanda son illərin ən gəlirli biznes sahələrindən birinin də mobil telefon biznesinin olduğu hər kəsə məlumdur. Ona görə Vegilər Nazirliyi bu sahənin İNHİSARÇISININ da qapısını “milyonluq qəbzlə” döyüb.

Bu haqda danışmazdan öncə qeyd edək ki, Azərbaycanda istənilən mobil telofon növünün Avropa ölkələri bir yana, hətta qonşu ölkələrdəkindən belə bir neçə dəfə baha satıldığı hər kəsə məlumdur. Bunun başlıca səbəbi isə təbii ki, İNHİSARÇILQDIR. Yəni, ölkəyə mobil telefon idxalının da bir əldə cəmləşməsidir. Bazarda qiyməti məhz inhisarçı diqtə etdiyinədən, bütün mağazalarda yeni telefonlar təxminən eyni qiymətə satılır. Və bu qiymət həm telefonun maya dəyərindən, həm də başqa ölkələrdəki satış qiymətindən xeyli fərqlənir. Xarici ölkələrdə olan, internetdən istifadə edən istənilən şəxs ortadakı böyük qiymət fərqini görə bilər. Təkcə onu qeyd edək ki, yeni satışa çıxarılan telofon növlərinin maya dəyəri ilə satış qiyməti arasındakı fərq bəzən 6-7 dəfəyə yaxın olur. Təsadüfi deyil ki, “iPhone 6 +” mobil telefonun ölkəmizə yeni gətirilən günlərində topdansatışla məşğul olan şirkətin qısa müddətdə 3 milyon manatdan artıq gəlir əldə etdiyinə dair məlumat yayılmışdı.

Qeyd edək ki, Azərbaycana müxtəlif telefon növləri ayrı-ayrı şirkətlərin adı ilə gətirilsə də, onların sahibi eyni adamdır. Diqət edək:

Bir zamanlar Azəbaycanda xüsusilə geniş yayılan “Nokia”nın Azərbaycandakı rəsmi distribyutoru “MobiTel” şirkətidir. 19 ildir ki, NOKIA mobil cihazlarının Azərbaycanda rəsmi distribyutoru olan “MobiTel”, bu illər ərzində ümumi sayı 4 milyonu ötmüş yüzlərlə mobil telefon və smartfon modeli satmışdır.

“MobiTel” eyni zamanda 2011-ci ilin mayından “Huawei”in, 2013-ci ilin mart ayından isə “Lifewatch”un rəsmi distribyutorudur.

Ölkədə hər zaman populyar olan “Samsung” telefonlarının topdansatışını həyata keçirən “İNTEGRAL” şirkəti isə “Samsung Electronics”in rəsmi distribyutorudur. Bundan əlavə şirkət “Siemens Gigaset” şirkətinin məhsullarını da satır.

Son zamanlar ölkədə geniş satış bazarı əldə edən "İphone","Blackberry", "General Mobile", "Philips", "ZTE", "HTC" telefonlarının Azərbaycanda rəsmi eksklüziv distribyutoru isə "CASPİAN MOBİLE LTD" şirkətidir.

«FLY», «Alcatel», «Lenovo», «Texet» və digər bu kimi telefonların Azərbaycanda rəsmi distribyutoru isə “SUN MOBİLE” şirkətidir.

Göründüyü kimi, müxtəlif telefon modelləri Azərbaycana 4 şirkət tərəfindən gətirilir. Ancaq bu şirkətlərin sahibi eyni adamdır.

Belə ki, “AzPolitika.info”nun məlumatına görə, sözügedən şirkətlərin hamısının sahibi Azərbaycanda Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu kimi tanınan iş adamı İlham Rəhimovun kürəkəni Araz Mehdiyevdir. Məlumatlara görə, Araz Mehdiyevə məxsus bütün bu firmalar, MMC-lər “United Telekom” adlı üst bir şirkətin tərkibindədir.

Araz Mehdiyevin belə böyük və yüksək gəlirli bir sahənin TƏK İNHİSARÇISINA çevrilməsi də, sözsüz ki, İlham Rəhimov faktoru ilə bağlıdır.

Düzdür, bunda İlham Rəhimovun gömrüyə təsirini daim qoruyan fövqəladə hallar naziri Kəmalədin Heydərovla dostluğunun, yoxsa Putinin xahişinin rolu olduğunu söyləmək çətindir. Əslində bunun indi elə bir önəmi də yoxdur.

Hazırda önəmli və maraqlı məqam hər il 10 milyonlarla gəlir verən bir sahənin tək inhisarçısı olan Araz Mehdiyevin dövlətə ödədiyi vergidir. “AzPolitika.info”-ya daxil olan məlumatlar göstərir ki, Rəhimovun kürəkəni dövlət qarşısında öhdəliyini düzgün yerinə yetirməyib, gəlirlərini vergidən gizlədib.

Belə ki, saytımıza verilən məlumata görə, Vergilər Nazirliyinin əməkdaşlarının Araz Mehdiyevin “United Telekom” şirkətində və onun tərkibindəki qurumlarda apardıqları yoxlamalar zamanı TELEFON MONOPOLİSTİNİN ötən illər ərzində külli miqdarda vergidən yayındığı faktı üzə çıxıb. Ona görə də, cənab Mehdiyevdən külli miqdarda - milyonlarla manat vergi ödəməyi tələb ediblər. Mənbəmiz dəqiq rəqəm söyləməkdə çətinlik çəksə də, Rəhimovun kürəkənindən hər şirkətinə görə ayrılqda böyük miqdarda ödəmə həyata keçirməyin tələb olunduğunu bildirir. Məsələn, təkcə “İnteqral” şirkətindən 5 milyon manat tələb olunduğuna dair məlumatlar var.

Ancaq maraq doğuran məqam odur ki, Araz Mehdiyev tələb olunan vəsaiti ödəməkdən qəti surətdə imtina edir. Hətta Vergilər Nazirliyinin əməkdaşları ilə “anlaşmağa”, gəlirlərini aşağı göstərməyə cəhd edib. Ancaq ona bunların faydasız olduğu, deyilən vəsaiti büdcəyə ödəməli olduğu bildirilib.

Buna rəğmən, verginin tələbini yerinə yetirməyən Araz Mehdiyevin qeyri-rəsmi fəaliyyətə keçdiyi iddia olunur. Belə ki, Araz Mehdiyeviin şirkətləri əsasən müxtəlif növ mobil telefonların topdansatışı ilə məşğul olur. Paytaxtdakı və royonlardakı bütün mağazaları yeni telefonlarla məhz İlham Rəhimovun kürəkəninə aid şirkətlər təchiz edir. Məsələn, "Caspian Mobile" şirkəti təkcə Bakı şəhəri ərazisində ümumilikdə 500-ə yaxın dillerlə aktiv mobil telefon satışı ilə məşğuldur.

AzPolitika.info”ya daxil olan məlumata görə, verginin tələbinin ciddiliyini görən Araz Mehdiyev, topdansatışla məşğul olan şirkətlərinin demək olar ki, hamısının fəaliyyətini dayandırdığını bəyan edib. Hətta Dərnəgüldəki mərkəzi ofisini, anbarlarını belə qapadıb.

Ancaq maraqlıdır ki, satışı dayandırmayıb. Əslində dayandıra da bilməz. Məsələ ondadır ki, “United Telekom”şirkəti pulları əvvəlcədən alıb sifarişi qəbul edir və sonra onların sifarişini təmin edir.

Eyni zamanda satış dayanarsa, tanınmış firmaların distribyuterliyini itirər ki, bu da “United Telekom”un və onun tərkibindəki şirkətlərinin bazardan çıxmasına səbəb olar.

Araz Mehdiyev də həm bazarı əlində saxlamaq, həm də verginin tələbini yerinə yetirmək üçün qeyri-rəsmi fəaliyyətə keçib. Yəni, saytımıza verilən məlumata görə, Araz Mehdiyeviin şirkətləri indi mağazaları QAÇAQ yolla telefonla təmin edir.

Əgər bu məlumat doğrudursa, onda hüquq professorunun MONOPOLİST kürəkəninin QEYRİ-QANUNİ yola baş vurduğunu söyləyə bilərik. Bunun cəzası isə yalnız PULLA məhdudlaşmaya bilər!

Murad Məmmədov

“AzPolitika.info”

P.S. Araz Mehdiyevin də mövqeyini dərc etməyə hazırıq

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar