Cavadağa Sultanov Dubayda yenidən həbs olunub

Ali Məhkımənin qərarı ilə Cavadağa Sultanov yenidən həbs olunub. Bu barədə SalamNews-a Dubayda yaşayan Azərbaycan vətəndaşları məlumat veriblər.

Belə ki, Azərbycanın Birləşmiş Ərəb Əmirliyindəki (BƏƏ) səfirliyi С.Sultanov zaminə götürmüşdü. Ötən il dekabrın 16-da C.Sultanov məhkəməyə gəlməyərək polisdən gizlənməyə başlayıb və səfirliyi pis duruma salıb. Elə bu səbədən bu gün səhər saatlarında Dubay polisi Cavadağa Sultanov həbs edərək istintaqa aparıb.

Dubayda yaşayan Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov saxta çeklərlə 7 milyon dollar pulu mənimsəyib. Onun bu fırıldağı bir neçə azərbaycanlı iş adamını pis vəziyyətə salıb. Nəticədə onlar qeyd olunan fırıldağın qurbanı olublar və digər şəxslərin qarşısında cavabdeh qalıblar.

Dubayda yaşayan iş adamlarının dediyinə görə, Cavadağa Sultanov ermənilərlə əlbir olaraq dəfələrlə Azərbaycanlı iş adamlarını aldadıb və onların pullarını mənimsəyib.

Xatırladaq ki, Cavadağa Sultanov ötən ilin noyabrın 6-da Şarja polisi tərəfindən saxlanıb. O, fırıldaqçılıqda və külli miqdarda vəsaiti vergidən yayındırmaqda ittiham edilir. Polis polkovniki Cavadağa Sultanov çoxsaylı qətllərdə günahlandırılan Hacı Məmmədovun işi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq Daxili İşlər Nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. O Hacı Məmmədovun cinayət işində şahid qismində dindirilib, məhkəmədəki ifadələri qalmaqalla müşahidə edilib.

C.Sultanov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi də işləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar