Hakimiyyət Avropa Parlamentini seçkiyə buraxmaq istəmir

Seçkini müşahidə edəcək təşkilatlar saxta seçkilərə rəy verməyi ilə tanınır

Azərbaycan Respublikası Xarici Işlər Nazirliyi (XIN) 2013-cü ilin oktyabr ayının 9-da ölkəmizdə keçiriləcək prezident seçkilərinə müşahidəçi qismində iştirak etmək üçün ATƏT, GUAM, MDB, BMT, Islam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatına dəvət göndərib.

Bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev modern.az-a açıqlamasında deyib. Dəvət olunan qurumlar arasında Avropa Parlamentinin olmaması diqqət çəkir. Baxmayaraq ki, qurum bir neçə gün əvvəl prezident seçkilərinə müşahidə missiyası göndərəcəyini açıqlamışdı.

Azərbaycan tərəfinin Avropa Parlamentini seçkilərdə müşahidəçi qismində iştirakı üçün dəvət göndərməməsi qurumun son dövr iqtidara qarşı tutduğu sərt mövqe ilə izah oluna bilər. Hər hansı təşkilatın seçkini müşahidə üçün ölkəyə müşahidəçi göndərməsi isə mümkün deyil.

Hüquq müdafiəçisi Rəsul Cəfərov azadlıq.info-ya -a hökumətin bu addımını Avropa Parlamentinin əvvəl müşahidə missiyası göndərməyəcəyinə dair açıqlaması ilə əsaslandıracağını deyib. Bu isə tutarlı arqument ola bilməz. Çünki daha sonra qurum müşahidə missiyası göndərmək niyyətini açıqlayıb.

Hüquq müdafiəçisinin sözlərinə görə, hökumətin bu qərarının əsas səbəbi Avropa Parlamentinin son bir ildə tutduğu mövqe, Azərbaycandakı durumla bağlı qəbul etdiyi sərt qətnamələrdir: “Avropa Parlamenti son bir ildə iki kifayət qədər tənqidi qətnamə qəbul edib. Hətta keçənilki qətnamədə insan haqları ilə bağlı vəziyyət pisləşəcəyi təqdirdə sanksiya tətbiq ediləcəyi deyilirdi. Bu tənqidi mövqeyə görə də Avropa Parlamentinə dəvət göndərilməyib. Hökumət çalışacaq ki, bu seçkilərdə maksimal dərəcədə az tənqid olunsun. ATƏT-in Insan Haqları və Demokratik Təsisatlar Bürosunun müşahidə missiyası onlar üçün kifayət edir. Ondan artıq başağrısı istəmirlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar