HEYDƏR BABAYEVİN 20 MİLYON AVROSU ƏLİNDƏN ALINIB - Cavadağa Sultanovun həbsinin təfərrüatları bəlli oldu

Sabiq iqtisadi inkişaf nazirinin bankını müflis etmək üçün əməliyyat həyata keçirilib

“Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayev qudası olan polkovnik Cavadağa Sultanovun həbsdən azad edilməsi üçün 20 milyon avro ödəyib”. Bunu virtualaz.org saytının müxbiri ilə söhbətində Yaşar Babayevin ailəsinə yaxın şəxslərdən biri söyləyib.

Mənbənin sözlərinə görə, həmin pullar Heydər Babayevə məxsus “Standard” bankı vasitəsilə köçürülüb. Göstərilən məbləğdəki pul ötən il noyabrın ortalarında, yəni Bakı Şəhər Baş Polis İdarəsi rəisinin keçmiş müavini, polis polkovniki Cavadağa Sultanovun həbsindən dərhal sonra ödənilib.

Əldə etdiyimiz məlumata görə, Babayevlər ailəsi Bakıda olan və Yaşar Babayevin qudasının azad olunması üçün öz xidmətlərini təklif edən vasitəçinin bu təklifi üzərində xeyli düşünüb. Amma Yaşar Babayev uzun tərəddüd və düşüncələrdən sonra nəhayət ki, qərarını verib və vasitəçinin tələb etdiyi pulu ödəməyə razılaşıb.

Amma indi, C.Sultanovun təkrarən həbs edilməsindən sonra belə qənaətə gəlmək olar ki, Babayevlər ailəsi də, elə C.Sultanovun özü də faktiki olaraq tələyə salınıblar. Vasitəçilik edən tərəf(lər)in əsas məqsədi böyük ehtimalla polis zabitinin müvəqqəti olaraq azad edilməsinə nail olmaqla Babayev qardaşlarının 20 milyon avrosunu ələ keçirmək imiş ki, buna da nail olunub.

Virtualaz.org saytını məlumatlandıran həmin mənbənin verdiyi informasiyaya görə, Heydər Babayev Azərbaycanı birdəfəlik tərk etməyi və öz biznesini, işlərini xaricdə davam etdirməyi həddən artıq çox istədiyini yaxınlarının və dostlarının yanında tez-tez dilə gətirir. Amma sabiq naziri Bakıda saxlayan yeganə səbəb sonuncu iri əmlakı olan “Standard” bankdır.

Məlumatlı mənbələr bildirirlər ki, Heydər Babayev öz bankını satmağa böyük məmnuniyyətlə hazırdır, amma hakim elitada heç kəs onu almağa həvəs göstərmir.

Belə görünür ki, nağd şəkildə ödənilən, amma gedib ünvanına çatmayan 20 milyon avro H.Babayevin bankını müflis eləmək yolunda həyata keçirilmiş ilk əməliyyatdır. Bundan sonra sabiq naziri daha heç nə Azərbaycanda qalmağa məcbur edə bilməz. Axı C.Sultanov yenidən həbsxanadadır və onun azadlığa buraxılması üçün yeni ödənişlər etmək lazım gələcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar