Gəncədə Rəsulzadənin büstü yenə örtüldü – FOTOLAR

Gəncə şəhərinin Dəmiryolçular parkında Məmməd Əmin Rəsulzadənin büstünün başına yenidən çuval taxılıb.

Bu haqda məlumat AzNews.az-a jurnalist Azər Allahverdiyev tərəfindən verilib. Onun sözlərinə görə, Milli Məclisdə məsələ qaldırılandan sonra büstün üstü açılsa da, dünən gözlənilmədən yenə “çuval” bərpa olunub.

Qeyd edək ki, jurnalist bu barədə məlumatı bizə dünən vermişdi. Lakin iş vaxtı bitdiyindən aidiyyəti qurumlardan məlumatı dəqiqləşdirə bilmədiyimiz üçün onu yayımlamadıq.

Bu gün səhər isə Gəncə Şəhər İcra Hakimiyyəti ilə də əlaqə yaratdıq. Özünü İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən Rəşid adlı şəxs onda heç bir məlumatın olmadığını bildirdi. Bir neçə dəqiqə sonra isə yenidən İcra Hakimiyyətinə zəng etdik. Bu dəfə telefonu özünü təqdim etməkdən imtina edən bir xanım götürdü. O, məsələni eşitdiyini, lakin bu barədə danışa bilməyəcəyini söylədi. Əlavə etdi ki, “çuval” məsələsilə Rəşid məşğul olur.

Sonradan Gəncə zonasında yaşayan əməkdaşımızı həmin əraziyə göndərdik. Məlum oldu ki, məlumat doğrudur.

Maraqlıdır ki, bu məlumatı dünən bizə verən, sonra da özünün facebook səhifəsində yayımlayan jurnalist Azər Allahverdiyevlə heç cür əlaqə saxlamaq olmur. Onun facebook səhifəsi də bağlanıb.

Qeyd edək ki, Milli Məclisin son iclasında millət vəkilləri – Sabir Rüstəmxanlı və Fazil Mustafa Rəsulzadənin başına çuval keçirilməsi məsələsini qaldırdılar. Qalmaqala səbəb olan bu məsələ sonradan öz həllini tapdı. Bir gün sonra çuvalın çıxarılması xəbərləri yayıldı.(AzNews.az)

Saytın əməkdaşının bu dəqiqələrdə çəkdiyi fotoları təqdim edirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar