“Pulları müsəlmanları öldürmək üçün xərcləyirsiniz”

Dünya İslam Alimləri Şurasının sədri Yusuf əl Qardavi hərbi dövlət çevrilişindən sonra Misirə maddi yardım göstərən körfəz ölkələrinin krallarına müraciət edib. Bu barədə məlumat Qərdavinin şəxsi internet saytında yayılıb. Müraciətdə Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəhbərlərinin adını sadalayan alim maddi yardım göstərərək zülmə ortaq olduqlarını bildirib:

“Siz də pullarınızla bu zülmə ortaq olursunuz. Pullarınızdan kasıbları doydurmaq üçün, ehtiyaclarını qarşılamaq üçün istifadə etmək əvəzinə müsəlmanları öldürmək üçün xərcləyirsiniz. Verdiyiniz pulların nəinki Misir xalqına heç bir xeyri olmadı, əksinə günahsız, şərəfli və azad müsəlmanların öldürülməsi üçün istifadə olundu. Ey, ərəb və İslam dünyasının dövlət adamları, Rabiatul Adeviyyə və digər meydanlarda heç kimə ziyanı toxunmayan, amma haqsız yerə öldürülən müsəlmanların adam kimi dəstək verməyə hazır olun”.

Bundan başqa Yusuf əl Qərdavi əl Əzhər şeyxinə müraciət edərək onu hərbi xuntaya verdiyi dəstəkdən imtina etməyə çağırıb. Hərbçilərin müdaxiləsi nəticəsində dünyasını dəyişənlərin şəhid olduğunu deyən İslam alimi onların yerinə gələn insanların yenə də meydanları dolduracağını deyib.

Yusuf əl Qərdavi son olaraq müsəlmanları meydanlara səsləyib: “Allahdan qorxan, qardaşının başına bir şey gəlməsindən təşvişə düşən, ölkəsini sevən və suyundan içən hər misirli zalım və qatillərə qarşı müqavimət göstərmək üçün Rabiətul Adeviyyə meydanına gəlsin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar