MUSAVAT PARTİYASI MİLLİ ŞURANI NİYƏ TƏRK ETDİ? - “Partiyaya hökumətdən mandat söz veriblər"

AXCP-dən Müsavat rəhbərliyi mandat alverində də ittiham edildi: “Bu maraqlar 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı olub və Müsavata təklif edilən mandatlar ola bilər"

"AzPolitika.info"nun hələ seçkidən az sonra Müsavat rəhbərliyindən bir-neçə şəxsin hakimiyyətlə separat danışıqlara cəlb edildiyi haqda verdiyi məlumat təsdiqlənir

Müsavat Partiyası Milli Şuradan çıxıb. Bu barədə APA-ya Müsavat Partiyasından məlumat verilib.

Milli Şuradan çıxmaq barədə qərar partiyanın dünən keçirilmiş Divanında verilib.

Qərarda qeyd edilir ki, Milli Şura prezident seçkiləri ilə əlaqədar yaradılmış qurumdur, prezident seçkiləri arxada qaldığından Milli Şura artıq missiyasını başa çatdırıb. Eyni zamanda bildirilir ki, prezident seçkilərindən sonra yeni situasiya yaranıb və bu situasiyaya uyğun olaraq yeni modellər, birliklər yaradılmalıdır.

Müsavat Partiyasının başqanı İsa Qəmbər faktı Musavat.com-a təsdiqləyib. Müsavat partiyasının bu qərarı gizlincə verməsi, heç bir açıqlama yaymaması maraq doğurmaya bilməz. Bunun qərarın doğruluğuna ictimaiyyəti inandırmaq üçün məntiqli arqument tapılmaması ilə bağlı olduğu şübhə doğurmur. Eyni zamanda partiya üzvlərinin də qərardan narazı qalaçağı bilindiyindən Müsavat rəhbərliyi Milli Şuranı sakitcə tərk edib.

Qeyd edək ki, "AzPolitika.info" hələ seçkidən az sonra Müsavatın Milli Şuranı tərk edəcəyi haqda məlumat vermışdi. Saytımıza daxil olan məlumatda Müsavat rəhbərliyindən bir-neçə şəxsin (onların adlarıda bizə məlumdur-red.) hakimiyyətlə separat danışıqlara cəlb edildiyi bildirilirdi. Qeyd olunurdu ki, hakimiyət tərəfindən danışıqlarda iştirak edənlərə partiyaya müəyyən maliyyə yardımı və 2015-ci ildə bir-neçə mandat vədi verilib. Əvəzində Milli Şuranı dağıtmaq və prezident seçilərini gündəmdən çıxarmaq tələbi qoyulub.

Müsavat rəhbərliyinə daxil olan şəxslərin sonrakı addımları, onlara yaxın medianın fəaliyyəti, İsa Qəmbərin məhşur İlham Əliyevin seçkidə qalib gəldiyinə dair müsahibəsi və son aylardakı aşıqlamaları

saytımıza verilən bilgiyə şübhə etməyə əsas vermir. Partiyanın son qərarı isə hər şeyi açıb ortaya qoyur.

Qeyd edək ki, saytımıza daxl olan bu məlumatı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da dolaysıyla təsiqləyib. “Axar.az”a açıqlamasında Müsavat partiyasının Milli Şuradan getməsi xəbərini şərh edərkən AXCP sədrinin müavini bildirib: “Müsavat partiyasının rəhbərliyində olan insanlar ilk əvvəl Rüstəm İbrahimbəyovun fəxri sədrlikdə olmasını bəhanə edirdi. Rüstəm müəllimin rəmzi xarakter daşıyan postdan getməsindən sonra da Müsavat Partiyası Milli Şuradan getmək məsələsini müzakirə mövzusu etdi. Əslində bu faktın özü göstərirdi ki, Müsavat partiyası Milli Şuradan getmək qərarını çoxdan verib və sadəcə, bəhanə axtarışında idi”.

Fuad Qəhrəmanlı bildirib ki, Milli Şura hakimiyyətə qarşı mübarizə aparan təşkilatların birlik formatı idi. Müsavat rəhbərliyi bu birliyi öz korporativ maraqlarına qurban verdi: “Milli Şura bütün müxalif düşərgənin birlik formatı idi və Prezident seçkilərində də bunu təsdiq edərək, cəmiyyətin dəstəyini aldı. Milli Şuradan çıxmaq qərarının arxasında Müsavat partiyasının rəhbərliyində olan şəxslərin özəl və korporativ maraqları durur”.

Fuad Qəhrəmanlı Müsavat rəhbərliyini mandat alverində də ittiham edib: “Bu maraqlar 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı olub və Müsavata təklif edilən mandatlar ola bilər. Təəssüf ki, Müsavat partiyasının rəhbərliyi öz korporativ maraqlarına görə partiyanın siyasi kursunu dəyişdilər. Bu dəyişiklik Müsavatın hakimiyyətə qarşı loyallaşmasına səbəb olacaq. Çox güman ki, bu qərar təkcə cəmiyyətdə deyil, həm də Müsavat partiyasının daxilində etirazla qarşılanacaq”.

Qısa desək, Müsavat da deyəsən  "konstruktivləşir", gözünüz aydın!

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar