“Putin ölkə xaricində güc tətbiq edə bilər”- Kremlin mətbuat katibi

Prezident Vladimir Putin öz konstitusion hüququndan istifadə edib ölkə xaricində güc tətbiqi imkanından yararlana bilər. Musavat.com Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Kreml başçısının mətbuat katibi Dmitri Peskov bildirib. “Prezident öz konstitusiya hüququndan istifadə edə bilər. Bu, onun hüququdur” – deyib Peskov.

O da bildirilir ki, ölkə konstitusiyasına əsasən, xaricdə güc tətbiqi üçün prezident Federasiya Şurasından icazə almalıdır. Ötən il belə bir razılıq Ukraynaya hərbi müdaxilə üçün verilsə də, sonra Putin xüsusi məktubla Federasiya Şurasına müraciət edərək son anda ondan imtina eləmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar