Xarici işlər naziri Elmar Məmmədyarov səfir Arif Məmmədovun müxalif ruhlu çıxışını dəstəkləyən bütün diplomatların və XİN əməkdaşlarının tutduqları vəzifədən azad olunması barədə əmr imzalayıb. Bu informasiyanı virtualaz.org saytına məlumatlı mənbələrə istinadən yaysa da, hələli təsdiqini tapmayıb. Qeyd edək ki, İslam Konfransı Təşkilatının Avropa İttifaqındakı səfiri Arif Məmmədov öz facebook səhifəsində Binəqədidə yanan bina ilə bağlı sərt çıxış edib, aşağdakı məzmunda status paylaşıb: “Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”. Azərbaycan XİN əməkdaşları Cavid Musayev, Ramiz Vəliyev, Anar Mədətli, Fərəh Gözəlova və Hikmət Hacıyev isə həmin çağırışı dəstəkləyiblər.
Azadliq.info-nun da əldə etdiyi məlumata görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev artıq vəzifəsindən çıxarılıb. XİN-in adı çəkilən o biri əməkdaşları barədə də oxşar xəbərlər daxil olub. Bildirildiyinə görə, XİN-də işdən çıxarmalar barədə rəsmi məlumat əlavə ajiotaj yaratmamaq üçün rəsmən açıqlanmır.
Bu arada uzun illərdir Azərbaycanı Avropada təmsil edən, son günlərə qədər Azərbaycanin İslam Əməkdaşlıq Təşkilatındakı səfiri vəzifəsində çalışan Arif Məmmədovun sosial şəbəkədə paylaşdığı statusdan sonra daha bir mühüm mesajı üzə çıxıb. Heç demə, səfir Məmmədov uzun illər öncə Azərbaycanda çalışan və burada demokratik ictimaiyyət arasında hələ də nüfuzunu qoruyub saxlayan diplomat Steynar Gillə (Norveçin ölkəmizdəki sabiq səfiri) dostluq münasibətində imiş. Musavat.com xəbər verir ki, Norveçin Bakıdakı sabiq səfiri Steynar Gil özünün facebook profilində maraqlı bir status paylaşıb. Həmin statusun tərcüməsi belədir: "Səfir Arif Məmmədov məndən bunu paylaşmamı xahiş etdi:
"Cənab Steiner Gil, bunu paylaşmanızı xahiş edirəm. Mən 29.06 tarixdən 10.07 tarixə qədər Norveçdə səfərdə olacam. İnsanlar oyanıb. Azərbaycanın bütün gerçək dostlarının yardımına ehtiyacım var. Güman edirəm ki, sizinlə də görüşəcəm. Avropa mediası da mənə dəstək verməlidir. Bir xeyli SOS məlumatım var". Mümkündür ki, üsyan bayrağı açan və buna görə də hədəfə gələn səfir Arif Məmmədov artıq Norveçə siyası sığınacaq üçün yollanır.
Onu da xatırladaqki, bəzi hakimiyyət təmsilçiləri və iqtidara yaxın mətbuat Arif Məmmmədov haqqında xoşagəlməz ifadələr işlətməkdə, onu dövlətə xəyanətdə ittiham edir. Bəzi media nümyəndələri isə Elmar Məmmdyarovu onu himayə etməkdə itiham eddb. Diplomat dünən facebook səhifəsində xalqa müraciət edərək barəsində yazılanlara cavab verib.
Müraciəti olduğu kimi təqdim edirik:
“Əziz dostlar, bacı və qardaşlar, uca Azərbaycan xalqı! Bu gün günün ikinci yarısından mənə qarşı hücumlar yenidən başladı. Murzilkada, murzilkaçılar nazir Məmmədyarovla olan şəkildən tutub. Bütün digər faktlar yalandı. Mənim belə kostyumum yoxdur və heç zaman olmayıb. Fikir versəniz, aydın görünür ki şəkil fotomontajdır. Elə məqalədən göturülən (qeyd: Avropa Şurasında çıxışım) şəkildi və kiminsə şəklinə yapışdırılıb. Siz bu qədər axmaqlıq və səriştəsizliyi hardasa görmüsünüzmü?
Uca Allahımız bizdən səbrli olmağımızı istəyir. Amma deyəsən millətimizin səbri artıq tükənibdir. Baş əyirəm mənim sevimli xalqımın qarşısında”.
Vaqif
AZpolitika.info
Şərhlər