Rəsul Quliyev "uşaqların" addəyişməsinə normal baxır

“Partiyanın adının dəyişilməsində heç bir problem görmürəm. Azərbaycanda ölmüş müxalifəti az da olsa canlandıracaq yollardan biri kimi ad dəyişməyə də getmək olar”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında eks spiker Rəsul Quliyev lideri olduğu partiyanın adının dəyişdirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əsas məsələ ad dəyişməyin siyasi fəaliyyətə müsbət rolu olması ilə bağlıdır: “Uşaqlar bunu da sınaqdan çıxarmaq istəyir. Normaldır. Hər halda heç bir nailiyyəti olmayan 100 illik partiyadansa, heç bir tarixi olmayan və ölkənin siyasi həyatında rol oynaya biləcək partiyanın olması yaxşıdır”.

Xatırladaq ki, R.Quliyevin "uşaqlar" deyə xitab etdiyi adamlar - Sülhəddin Əkbər və tərəfdarları məhz R.Quliyevin partiyadakı izini tamamilə silmək, təşkilatın dövlət qeydiyyatına nail olmaq, onun qarşısındakı maneələri qaldırmaq məqsədilə ad dəyişikliyinə gedirlər.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar