AZƏRBAYCANDA HEPATİT KABUSU- Dəhşətli faktlar
Ölkədə 800 mindən cox insanın hepatit virusuna yoluxduğu bildirilir
Səhiyyə Nazirliyi biganədir, bəzi özəl tibb mərkəzləri və diş klinikaları xəstəliyin sürətlə yayılmasına vəsilə olur
Azərbaycanda ən problemli sahələrdən birinin də səhiyyə sistemi olduğu heç kimə sirr deyil. Dövlət səhiyyə müəsisələrində həkimlərə və digər tibb personalına verilən əmək haqqının həddindən artıq aşağı olması bu sahədəki savadlı mütəxəssislərin böyük əksəriyyətinin xaricə köçməsinə səbəb olub. Ölkədə qalanlar da öz yaşamlarını ya rüşvət almaqla, ya da həm də özəl klinikalarda işləməklə təmin etməyə məcbur olurlar.
Özəl klinikalar da isə qiymətlər elə bir həddə qoyulub ki, sanki burda məqsəd insanların müalicəsi deyil, onları necə soymaqdır. Məsələn, Mərkəzi Klinik Xəstəxanasına ölüm halında daxil olan xəstə tələb olunan vəsaiti kassaya keçirməsə, heç üzünə belə baxan olmur. Digərlərində də təxminən oxşar hal hökm sürür. Yalnız müayindən keçmək insanlara bir-neçə aylıq maaşı heabına başa gəlir.
Savadı həkimlrin xaricə köçməsi, ölkədə qalanların bir neçə yerdə işləməsi, daha çox pul qazanmaq haqda fikirləşməsi tibbi xidmətin keyfiyyətinin də həddən artıq aşağı düşməsinə səbəb olub. Bu səbəbdən də insanarın bir çoxu müalicə üçün xaicə, xüsusən də İran və Türkiyəyə üz tutmalı olurlar.
Son vaxtlar isə bəzi səhiyyə ocaqları keyfiyətli müalicə bir yana qalsın, insanlarda əlavə ciddi xəstəliklərin yaranmasına səbəb olan fəaliyyətlərə yol verdiyi haqda məlumatlar yayılmaqdadır. Belə ki, ölkədə Hepatit-B (HBV) və Hepatit-C (HCV) virusuna yoluxanların sayının son illər sürətlə artmasının əsas səbəbi məhz səhiyədəki, xüsusən diş klinialarıdakı və bəzi özəl tibb klinikalardakı vəziyyətlə əlaqədardır. Səhiyyə Nazirliyinin bu sahəyə olan laqeyd münasibətinin, bəzi klinikalara himayədarlıq etməsinin də burda xüsusi rolu olduğu şübhəsizdir.
«AzPolitika.info»-ya daxil olan konkret məlumatlara keçməzdən əvvəl Hepatit-B (HBV) və Hepatit-C xəstəlikləri və onların Azərbaycanda yayılması ilə bağlı qısa məlumat vermək istərdik.
Azərbaycanda hepatit virusuna yoluxmuş şəxslərin qeydiyyatının aparılmır
Belə ki, ”Azərbaycan təbabətinin müasir nailiyyətləri" adlı jurnalda verilən məlumata əsasən, 2000-ci ildən etibarən - 2011- ci ilə qədər Bakı və Naxçıvanda bu və ya digər xəstəliklərə görə qanları analiz olunan 18-60 yaş qrupuna daxil olan 50 min nəfərdən çox şəxsin orta hesabla 3,5 faizinin HBV, 4 faizinin isə HCV-yə yoluxduğu aşkarlanıb. Ölkə əhalisi üzrə götürdükdə bu, haradasa 400 min nəfər deməkdir. Bu yaş qrupu ölkə əhalisinin 2/3-ni təşkil etdiyini nəzərə alsaq, hepatitə yoluxanların daha çox olduğunu söyləmək mümkündür.
Nazirlər Kabineti təhlükəli hesab edir, Səhiyyə Nazirliyi biganədir
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2011-ci il tarixli, 105 saylı qərarında “B” və “C” hepatitləri təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil edilib. Ancaq buna baxmayaraq Səhiyyə Nazirliyi buna laqeyd münasibət göstərir, xəstəyin ölkədə yayılmasının qarşısını almaq üçün lazımı tədbirlər gömür. Adı çəkilən virusa yoluxmuş şəxslərin qeydiyyatının aparılmaması, bu səbəbdən onların sayı barədə dəqiq statistik məlumatların olmaması, profilaktika və müalicə tədbirlərinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməməsi bu virusa yoluxma və xəstəliyin ağır fəsadları səbəbindən ölüm hallarının kəskin artmasına səbəb olur.
Diş klinikalar və bəzi özəl tibb mərkəzləri hepatitin yayılmasına səbəb olur
Ancaq Səhiyyə Nazirliyi və şəxsən nazir Oqtay Şirəliyevin biganəliyi ucbatından Hepatit virusu Azərbacan üçün bir kabusa çevrilməkdədir. Məsələ ondadır ki, bu xəstəliyə bir vaxtlar əsasən narkotik istifadəçiləri, həbs yerlərində saxlanılan şəxslər arasında təsadüf olunurdusa, indi demək olar ki, əhalinin bütün kateqoriyaları arasında yayılıb. Bunun da əsas səbərindən birinin məişət xidməti obyektləri ilə yanaşı, bəzi səhiyyə ocaqlarının da hepati virusunun yayılmasında xüsusi rol oynamasıdır. Xüsusən paytaxtda hər addımda rast gəlinən gözəllik salonları, diş və bəzi özəl tibb klinikalarının son dörlər burda xüsusi rol oynamağa başlayıblar.
Bu tibb müəssisələində alətləri sterilizasiya edilmədən istifadə olunması, sanitariya və gigiyena qaydalarına riayət edilməməsi hepatitin sürətlə yayılmasına gətirib çıxarır. Səhiyyə Nazirliyi isə bunu sakitcə seyr edir.
«MediLux» klinikasında icaərəyə yer götürülərək cərahiyyə əməliyyatları aparılır
Məsələn , «AzPolitik.info»-ya verilən məlumata görə «başqa yerlərdə işləyən həkimlər «MediLux» klinikasında icaərəyə yer götürərək cərahiyyə əməliyyatları aparırlar. Belə ki, bu klinikada başqa yerdə işləyən həkimlərə cərahiyyə otaqları saatı 150-200 manata icarəyə verilir. Məsələ ondadır ki, özəl klinikalarda cərahiyyənin pulu bötövlükdə klinikanın kassasına keçrilir. Hakim isə ya maaş alır, ya da faiz. Buna görə bir çox həkimlər xəstələrlə razılaşaraq daha ucuz qiymətə onları «MediLux» klinikasında icaərəyə yer götürərək əməliyyat edlirlər. Bu hal kütləvi xarakter aldığından həmin cərahiyyə əməliyyatarı zamanı otaqların lazımı qaydada təmizləməsinə, alətlərin sterilizasiyana nəzarət olunduğu şübhə doğurur.
Hepatiti olan xəstənin müalicəsi üçün 15-20 min manat pul lazımdır
Nazirliyin buna göz yumması bir tərəfdən həmin klinikaları himayə etməsi ilə izah edilirsə, digər tərəfdən də dərman firmalarının maraqları ilə bağlanır.
Məsələ ondadır ki, hepatitə qarşı istifadə olunan bütün dərmanlar çox bahadır. Preparatların qiymətləri 180-300 manat arasında dəyişir. Bir hepatiti olan xəstənin müalicəsi üçün 15-20 min manat pul lazımdır. Azərbaycanda bu xəstələr öz şəxsi maliyyə imkanları hesabına müalicə olunurlar. Bunun üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrılmır. Bu da dərman firmaları və klinikaların birgə vətəndaşların cibinə girməsinə şərait yaradır.
«Atlas»Tibb Mərkəzində həkimlərə niyə 10 min manat həcmində avans verilir?
Mütəxəssis az olduğundan xəstələr İrana və Türkiyəyə gedirlər
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bu məsələni parlamentdə də qaldıraraq, hepatitin müalicəsinin müalicəsinin çox çətin və baha olduğunu, qeyd edib. Buna görə də virusuna yoluxan insanların müalicə alma imkanlarının məhdud olduğunu bildirərək, bu istiqamətdə xüsusi dövlət proqramının həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Ancaq nə millət vəkillərinin, mütəxəsislərin həyacan təbili çalması, nə də hepatitin ölkədə sürətlə yaylması Səhiyyə Nazirliyini narahat edir. Görünür Oqtay Şirəliyevin başı daha vacib problemlərə qarışıb. Ancaq vaxt tapıb bu məsələylə bağlı sualara aydınlıq gətirmək istəsə, onun, eləcə də yazıda adları gedən klinikaların da mövqeyini işıqlandıra bilərik.
Sonda Səhiyyə Nazirliyinə iki sual ünvanlayırıq: Hepatit virusuna tutulmuş xəstələrin qeydiyyatı niyə aparılmır? Xəstəliyin profilaktika və müalicəsinin mərkəzləşdirilmiş qaydada aparılmasına nə mane olur?
Vaqif Nəsibov
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.