ACP Milli Şurada qalmasının şərtini açıqlayıb

“Ortaq fikrə gəlmədən, çıxış yolları tapmadan Milli Şuranın sessiyasının keçirilməsinin anlamı yoxdur"

“Milli Şuranın yeni mərhələdə məqsədi, vəzifəsi, strategiya, taktika və idarəçiliyi necə olacaq? Partiyamızın Milli Şurada qalıb-qalmaması bu suallara cavabdan asılı olacaq”.

Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri, Milli Şuranın üzvü Sülhəddin Əkbər söyləyib.

S.Əkbər deyib ki, Milli Şuranın yeni mərhələdə aydın məqsədi, vəzifəsi, strategiya və taktikası, idarəçiliyi olmasa, bu qurumda qalmağın mənası yoxdur: “Onsuz da qarşıda görüləcək işimiz çoxdur, Açıq Cəmiyyət Partiyası buraxılıb, Azad Demokratlar Partiyasının təsis edilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb, qurultay keçirməliyik”.

Milli Şuranın sessiyasının çağırılmasının təklif edildiyini bildirən S.Əkbər hesab edir ki, öncə Milli Şurada təmsil olunan siyasi və ictimai qurumlar, üzvlər arasında intensiv müzakirə aparılmalı, Müsavat Partiyasının Milli Şuradan çıxmasından sonra yaranmış böhrandan çıxış yolları tapılmalıdır:

“Ortaq fikrə gəlmədən, çıxış yolları tapmadan Milli Şuranın sessiyasının keçirilməsinin anlamı yoxdur. Mən dünən Milli Şuranın sədri Cəmil Həsənli və “El” Hərəkatının sədri Eldar Namazovla görüşdə də bu mövqedən çıxış etdim”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar