VAŞİNQTONDAN RƏSMİ BAKIYA SƏRT MESAJ- Departament sərt bəyanat verdi

“Azərbaycan hakimiyyətinin bu hərəkəti 16 oktyabr prezident seçkiləri ərəfəsində ölkədəki seçkiqabağı vəziyyətlə bağlı suallar doğurur"

 

 

“ABŞ Dövlət Departamenti qeyri-adi dərəcədə sərt, birmənalı və qeyri-diplomatik danışıq dilindən istifadə edərək Azərbaycan hakimiyyətinin ünvanına kəskin tənqidlərini səsləndirib. Buna səbəb rəsmi Bakının son və gözlənilməz addımıdır. Belə ki, Azərbaycan hakimiyyəti oktyabrın 16-da bu ölkədə keçiriləcək prezident seçkilərinə hazırlıq prosesini müşahidə etmək üçün Bakıya gəlmək istəyən ABŞ nümayəndə heyətinin səfərinə qadağa qoyub”.

Virtualaz.org saytı bu barədə xarici mənbələrə istinadən xəbər verir. Məlumatda bildirilir ki, ABŞ Dövlət Departamenti Ermənistanın İctimai Televiziyasının Vaşinqton müxbiri Aykərəm Naqapetyanın bu məsələ bağlı sorğusunu ayrıca bəyanatla cavablandırıb. Həmin sənəddə rəsmi Bakının mövqeyi ilə bağlı yaranmış problem açıq mətnlə şərh olunur.

Dövlət Departamentinin artıq mətbuatda dərx edilmiş bəyanatında deyilir: “Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətinin bu ölkədəki prezident seçkiləri ərəfəsində Bakıya rəsmi səfər etməli olan nümayəndə heyətinin formalaşdırılmasına etiraz etməsindən təəssüfləndiyini bildirir. Bu etirazların nəticəi olaraq həmin səfər baş tutmayacaq”.

Bəyanatda həmçinin qeyd edilir ki, ABŞ Azərbaycan hakimiyyətini azad və ədalətli seçki prosesi keçirməyə çağırır.“Azərbaycan hakimiyyətinin bu hərəkəti 16 oktyabr prezident seçkiləri ərəfəsində ölkədəki seçkiqabağı vəziyyətlə bağlı suallar doğurur. Biz Azərbaycan hakiimiyyətini xalqın iradəsini əks etdirəcək azad və ədalətli seçki prosesi keçirməyə çağırırıq. Biz Azərbaycan hakimiyyətini söz və sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmağa, həmçinin qanunun aliliyi prinsipinə həm seçki vaxtı, həm də ondan sonra əməl etməyə çağırırıq. Biz Azərbaycan hakimiyyətini yerli və beynəlxalq müşahidəçilərin seçkilərdə gördüyü vacib işlərdə onlara yardım etməyə də çağırırıq” deyə Dövlət Departamentinin bəyanatında deyilir.

Qeyd edək ki, rəsmi Bakı ABŞ Dövlət Departamentinin rəsmisi Tomas Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etməkdən imtina etmişdi.(Virtualaz.org)

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri 9 oktyabrda keçiriləcək. Bəyanatda səhvən 16 oktyabr göstərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar