TÜRKİYƏDƏ BAŞ TUTMAYAN “PUTİNLƏŞMƏ” – “Xatırladıldı ki, bu ölkədə demokratiya var”

“Türkiyə demokratiyasını hesabdan silmək olmaz”(Slate.fr analitik informasiya saytı-Fransa)

Uzunmüddətli avtoritarizm və millətçilik ənənələrinə baxmayaraq, Türkiyə hamıya xatırlatdı ki, bu ölkədə demokratiya var. Fransanın populyar “slate.fr” analitik informasiya saytının “Türkiyə demokratiyasını hesabdan silmək olmaz” adlı məqaləsi bu sözlərlə başlayır.

Məqalədə daha sonra bildirilir ki, son dövrlər Türkiyədə “putinləşmə”nin getməsi barəsində qızğın müzkirələr aparılır. Türkiyədə keçirilən 2002-ci il parlament seçkilərində iştirak edənlərin əksər hissəsi siyasi sabitsizliyə və hərbçilərin hakimiyyətinə son qoyulması üçün yeni yaranmış Əladət və İnkişaf Partiyasına (AKP) səs vermişdilər.

13 ildən sonra seçicilər həmin mühafizəkar-islam partiyasını mütləq çoxluqdan məhrum etdi. Nəticədə AKP 2011-ci ildəki 49,8%-dən 40,86%-ə qədər gerilədi. İndiki vəzyyət hakim partiyanı hökuməti qurmaq üçün yeni müttəfiqlər axtarmağa məcbur edir. Artıq baş verən hazırkı hadisələr, 2014-cü ilin avqust ayındakı prezident seçkilərində 52%-lə qalib gələn və AKP-nin qurucusu olan prezident Rəcəb Təyyub Ərdoğanın bütün səy və cəhdlərinə baxmayaraq, prezidentin rolunun hədsiz dərəcədə gücləndirilməsi məsələsini mümkünsüz edir. Çünkü prezidentin səlahiyyətlərinin artırılması üçün konstitusiyada islahatlar aparılmalıdır. Bunun həyata keçməsi üçünsə parlamentin 60%-nin razılığı gərəkdir.

Digər tərəfdən seçicilər solçu türk-kürd alyanslı - Halk Demokratik Partiyasına (HDP) 13,2% səs verərək,1980-ci ildəki hərbi çevrilişdən sonra müəyyənləşdirilmiş 10% lik seçki baryerinin aşılmasına imkan yaratdı. Bu baryer islamçıların və regional birliklərin (kürdlərin) parlamentə daxil olmamaları üçün tətbiq edilmışdı.

Seçkiqabağı kampaniya bir çox demokratik prinsiplərin pozulması şəraitində keçirildi. Konstitusiyanın təminatçısı statusuna baxmayaraq, prezident Ərdoğan bu seçkiləri ənənəvi parlament sisteminin prezident üsul-idarəsi ilə əvəzlənməsi referendumuna çevirmişdi. Onun avtokratik istəklərinin həyata keçirilməsi təhlükəsi yaranmışdı. Seçki kampaniyası dövründə AKP onlara ayrılmış təbliğat kvotasına heç bir əhəmiyyət verməyərək, bütün dövlət informasiya kanallarından tam gücləri ilə istifadə edirdilər. Tərəfkeşlik və seçkiqabağı normalara riayət olunmamasının səviyyəsi elə bir həddə çatmışdı ki, tanınmış mütəxəssislərdən ibarət 81 nəfərlik bir qrup, lazımı institutlara müraciət edərək, onlara konstitusiyaya hörmət olunmasını xatırladırdı.

Bunlardan əlavə AKP seçki kampaniyası dövründə vətəndaşların təhlükəsizliyi üçün lazımı tədbirlər görə bilmirdi. Və ya müxalifətin iddia etdiyi kimi bunu etmək belə istəməmişdi. Seçkilərə iki gün qalmış HDP-nin Diyarbəkirdə təşkil etiyi mitinq zamanı bomba partlaması nəticəsində iki nəfər ölmüş, onlarla insan isə yaralanmışdı.

Türkiyədə klientelizm (qəyyumluq) faktı güclü olduğundan bir çox qəbilələrin və böyük ailələrin başçılarının göstərişinə əsasən səs vermələri, seçkilərin demokratik görünümünə təsir edir. Nəhayət 40,8 % səs toplayan AKP və 16,29% səs alan Milliyətçi Hərəkat Partiyası (MHP) fonunda demokratiyanın inamlı qələbəsı barəsində əminliklə danışmaq çətindir. Bütün bunlarla yanaşı, Mustafa Kamalın qurucusu olduğu dünyəvi Cümhuriyyət Xalq Partiyası (CHP) 24,96% səs toplayıb ki, bu da 2011-ci ildə keçirilən seçkilərdəki nəticədən azdır.

İndi 1984-cü ildən Ankara ilə partizan müharibəsi aparan PKK-nın (Kürd Fəhlə Partiyası) Halk Demokrat Partiyasının (HDP) kürd üzvlərinə necə təsir göstərəcəyini söyləmək çətindir. Kürd probleminin həlli prezident üçün, onun partiyasının təkbaşına hakimiyyətdəki dövrünə nisbətən daha da mürəkkəb olacaq. Ancaq hər necə olsa da, səsvermənin nəticələrini demokratiyanın qələbəsi adlandırmaq mümkündür. Çünki seçicilər qərar qəbul ediblər. Bu isə 1960, 1971, 1980-ci illərdə dövlət çevriliş, 1997–ci ildə isə postmodernist çevriliş adlandırılan günlər yaşamış bir ölkə üçün heç də az məna daşımır. Bu seçkilərdə əhali çox aktivlik göstərib və seçkiyə gələnlərin sayı ümumi seçicilərin 86,63%-ni təşkil edib. Düzdür, seçkilərdə iştirak məcburidir, lakin seçki məntəqlərinə getməyənlərə tətbiq olunan cərimələr çox cüzidir və həmdə ki, praktik olaraq, bu heç həyata da keçirilmir.

Nə qədər paradoksal olsa da, AKP hakimiyyətinin ilk illərindəki liberal siyasətin təsiri nəticəsində yaranan vətəndaş cəmiyyəti seçkilərin müşayət olunması və səslərin sayılması prosesinə fəal şəkildə qoşulub. Beləki, gənc aktivistlər seçki məntəqlərini gəzməklə və seçkinin gedişini sosial şəbəkələrdə işıqlandırmaqla seçki pozuntularının sayının azaldılmasına, həm də ictimai fikri seçkilərin dürüstlüyünə inandıra biliblər. Nəhayət seçkinin yekunları ilə formalaşan parlament, Türkiyə cəmiyyətindəki etnik və gender müxtəlifliyini, çox yaxşı əks etdirir. HDP paritet kartından istifadə edib və bu partiyanın on deputatından dördü qadındır. Bundan əlavə AKP, CHP və HDP-nin tərkibində erməni deputalar da yer alır.

Siyası spektrin hər iki tərəfində vətəndaş cəmiyyətinin və gənclərin səfərbər edilməsi məsələsinə gəldikdə isə, Türkiyə öz demokratik cəhdləri ilə bizim yaşlı Avropaya yaxşı dərs də verə bilər. Avropalı siyasətçilərə xatırlatmaq yerinə düşər ki, onlar 2013-cü ildə Misirdəki dövlət çevrilişini müdafiə etdilər və ya da ki, general Sisinin “Müsəlman qardaşları”na qarşı mübarizəsinə göz yumdular. Amma bütün hallarda seçkilərin proqnozlaşdırılmasının çətin olmasına baxmayaraq, ən yaxşı vasitə seçicilərə müraciət etməkdir.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar