Avropa İttifaqı Türkiyədə polislərin işdən çıxarılmasını pislədi

Avropa İttifaqı Türkiyədə polislərin işdən çıxarılmasından narahatdır və hakimiyyət tərəfindən korrupsiya pozuntuları haqqında bütün bəyanatların araşdırılmasını tələb edir, bu barədə yanvarın 8-də Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Olivye Bayi bildirib.

“Çox sayda polisin vəzifəsindən azad edilməsi, xüsusən bazar ertəsi axşam Ankarada 350 polisin işdən çıxarılması bizi narahat edir. Biz Türkiyədən namizəd-ölkə olaraq Aİ-yə daxil olmaq üçün tələb olunan meyarların yerinə yetirilməsi, o cümlədən hüquqi dövlət prinsiplərinə riayət edilməsi üçün üzərinə öhdəliklər götürməyi və bütün bəyanatların, o cümlədən bəzi rəhbərlər tərəfindən yol verilmiş pozuntular haqqında bəyanatların ayrı-seçkilik salınmadan və qərəzsiz araşdırılması üçün zəruri olan hər şeyi etməyi tələb edirik”, deyə Bayi bildirib.

Son günlər Türkiyə hakimiyyəti böyük korrupsiya qalmaqalı fonunda Anrakada 350 polisi, o cümlədən əsas polis departamentlərinin rəhbərlərini, habelə ölkənin 16 əyalətində əsas polis departamentlərinin rəhbərlərini işdən çıxarıb. Hökumət maliyyə cinayətlərinə, qaçaqmalçılığa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarələrinin rəhbərlərini vəzifədən kənarlaşdırıb.

Bu, ötən il dekabrın 17-də polis onlarla insanı – biznesmenləri, məmurları və onların qohumlarını dövlət tenderləri ilə bağlı maxinasiyalarda, vəzifə səlahiyyətlərini aşmaqda və rüşvətxorluqda şübhəli bilərək saxladıqdan sonra yaranmış korrupsiya qalmaqalı fonunda baş verib. Övladları qalmaqalda iştirak edən üç hökumət üzvü istefa verib. Həbslərdən bir həftə sonra baş nazir Tayyip Erdoğan on naziri vəzifədən azad edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar