İkinci Avropa Oyunları Rusiyada keçirilə bilər

Jukov: "Mən əminəm ki, oyunlar bitəndən sonra bir çox ölkə ev sahibi olmaq istəyəcək"

Rusiya gələcəkdə Avropa Oyunlarını keçirməyə namizəd ola bilər. Anspress-in məlumatına görə, bunu Rusiyanın Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakı-2015 Avropa oyunlarının açılışından qabaq jurnalistlərə müsahibəsində bildirib.

"Bakıda keçirilən Avropa Oyunları bir ilkdir və mən əminəm ki, oyunlar bitəndən sonra bir çox ölkələr oyunlara ev sahibliyi etmək istəyəcəklər. Həmçinin Rusiya da yarışların keçirilməsinə namizəd ola bilər", - deyə Jukov qeyd edib.

Xatırladaq ki, bu gündən etibarən ölkəmizdə ilk Avropa Oyunları start götürür. Yarışlarda idmançılar 20 idman növü üzrə 253 medal uğrunda mübarizə aparacaqlar. BAkı-2015 iyunun 28-dək davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar