Avstriyalı idmançıları vuran sürücünün oğlu danışdı

İyunun 10-da Bakı şəhərində I Avropa Oyunları ilə əlaqədar paytaxta gəlmiş əcnəbiləri daşıyan, üç idmançının yaralanması ilə nəticələnən avtobusun qəzaya uğraması günün əsas mövzusuna çevrilib. Özünü qəzanı tərədən avtobus sürücüsünün oğlu kimi təqdim edən Orxan Əhmədov adlı “Facebook” istifadəçisi sosial şəbəkədə xəbərlə bağlı bunları paylaşıb:

“Səbəbini bilmədiyiniz mövzuda danışmayın. Qəza törədən avtobus sürücüsü mənim atamdır. Onun heç bir günahı yoxdur”.

Orxan Əhnədovun "Facebook"da yazdığı statusun sonunda qeyd etdiyi mobil nömrə ilə əlaqə saxlayıb hadisənin təfərrüatını öyrənməyə çalışdıq. “Azadlıq”a açıqlama verən sürücünün oğlu qəzaya səbəb avtobusda yaranan nasazlığın olmasını bildirib : “Hadisə ilə bağlı ətraflı məlumatı atam özü verəcək. Məndə olan məlumata görə avtobusda anidən nasazlıq yaranıb və hadisə qaçılmaz olub”.

Qeyd edək ki, Avstriya Olimpiya Komitəsi də üç sinxron üzgüçü atletlərin qəzaya düşməsini təsdiqləyib. Qızlar səkidə piyada gəzərkən xidməti avtobus tərəfindən vurulub. Avstriya Olimpiya Komitəsinin rəsmi saytının yazdığına görə, xəsarət alanlar Verena Breit, 15 yaşlı Vanessa Sahinovic və Luna Pajerdir. Hər üçü üzgüçüdür, 15 yaşları var.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar