Ruhidən möhtəşəm şou və hədiyyələr - VİDEO

Ötən gün Abşeron Marriot Oteldə biznes-ledi Ruhi Əliyevanın rəhbərlik etdiyi “Özünə bax-2” yarışmasının final gecəsi baş tutub. 16 iştirakçının mübarizə apardığı gecədə tamaşaçıların səs verməsi nəticəsində Sevinc Bayramova birinci yerə layiq görülüb. Ona Xırdalan şəhərində birotaqlı mənzil hədiyyə olunub.

İkinci Nərgiz Əliyeva, üçüncü isə Türkan Həsənli olub.

Layihə rəhbəri Ruhi Əliyeva hər kəsi salamlayaraq minnətdarlığını bildirib: “Bu layihədə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. İndiyə qədər heç bir layihədə ev verilməyib. Kənardan asan görünə bilər, lakin bu layihə çox çətinliklə ərsəyə gəlib. Çox sağ olun ki, bizimlə birlikdə olub, dəstək oldunuz”.

”Qafqazinfo”nun məlumatına görə, gecədə Türkiyənin tanınmış modelyerləri Hakan Akkaya və İvana Sert, azərbaycanlı modelyer Afa İsmayılova, vizajist Nigar İbrahimova, xalq artisti Faiq Ağayev iştirak edib.

Gecəyə Kamilə Babayeva və Rüfət Ağayev aparıcılıq edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar